“Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 337-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1116 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 498; 2001, ¹ 7, maddə 459; 2002, ¹ 8, maddə 487; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 5, maddə 459, ¹ 6, maddə 611; 2008, ¹ 3, maddə 170) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzas 2.1-ci bənd hesab edilsin.

2. Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq 2.3-cü-2.9-cu bəndlər hesab edilsin.

3. Aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

“2.2. həmin qanunun 1-ci maddəsininvalideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərabzasında, 5-ci maddəsinin birinci hissəsində hər iki halda, ikinci üçüncü hissələrində, dördüncü hissəsində birinci halda, beşinci hissəsinin birinci ikinci cümlələrində, yeddinci hissəsində birinci halda, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsinin birinci cümləsində birinci haldamüvafiq icra hakimiyyəti orqanıdedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

4. 2.4-cü bənddə “5-ci maddəsinin üçüncü altıncı hissələrindəsözləri “5-ci maddəsinin dördüncü yeddinci hissələrində ikinci haldasözləri ilə əvəz edilsin.

5. 2.5-ci bənddə “7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsindəsözlərindən sonraikinci haldasözləri əlavə edilsin.

6. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. həmin qanunun 1-ci maddəsininvalideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərabzasında, 5-ci maddəsinin birinci hissəsində hər iki halda, ikinci, üçüncü dördüncü hissələrində, beşinci hissəsinin birinci ikinci cümlələrində, yeddinci hissəsində, 7-ci maddəsinin birinci ikinci hissələrinin birinci cümlələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 5 may.- S. 2.