Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli
95 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 327, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.24-1-ci yarımbənd əlavə edilsin:
“8.24-1. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada sosial yardım göstərmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2017-ci il