Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin
bərqərar olunması Heydər Əliyevin adı ilə
bağlıdır
Dövlətqaçqınkomda
ümummilli lider Heydər Əliyevin anadan olmasının
94-cü ildönümü ilə bağlı tədbir
keçirilib
Mayın
4-də Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümünə
həsr olunmuş “Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin
bərqərar olunmasında Heydər Əliyev amili”
mövzusunda tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə
Ulu Öndərin Dövlət Komitəsinin binasındakı
büstü önünə gül dəstələri
qoydular.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, həyatımızın bütün sahələrində Heydər Əliyevin gördüyü işlərdən danışmaq olar. Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini, dünyagörüşünü ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər edib.
“İllər keçəcək Ulu Öndərin təcrübəsindən
istifadə olunacaq. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan
iqtisadiyyatına da təsirsiz ötüşmədi.
Məhz belə bir vaxtda
dövlətimizin başçısı
Ulu Öndərin təcrübəsindən yararlandı.
1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi.
Lakin bundan SSRİ rəhbərliyi
istifadə edirdi.
Buna baxmayaraq, ölkə iqtisadiyyatı
inkişaf edirdi.
Prezident İlham Əliyev də həmin təcrübədən
yararlanmağa qərar
verdi. Pambıqçılığın,
tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı
sahələrinin hesabına
o vaxt inkişafa nail olmaq mümkün idi. Bu gün
də o təcrübədən
istifadə olunur.
Artıq
bu istiqamətdə görülən işlər
öz nəticələrini
verir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Azərbaycanda sabitliyin, vətəndaş
həmrəyliyinin bərqərar
olunmasının Heydər
Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Həsənov bildirib ki, vətəndaş
həmrəyliyi olmadan
cəmiyyətdə sabitliyi
bərpa etmək mümkün deyil, həmçinin ictimai-siyasi
sabitlik olmadan vətəndaş həmrəyliyini
təmin etmək qeyri-mümkündür. Gəncə hadisələri
zamanı ovaxtkı hakimiyyətin səriştəsizliyi
ucbatından ölkədə
sabitliyi təmin etmək mümkün deyildi. Ovaxtkı hakimiyyət belə
ağır vəziyyətdə
ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Çünki qeyri-qanuni silahlı
birləşmələr ölkədə
idarəetməni dağıtmışdılar.
Ölkədə idarəolunmaz xaotik
vəziyyət yaranmışdı.
O vaxt rəhbərlikdən
heç kəs cürət edib Gəncəyə gedə bilmədi. Ancaq Heydər Əliyev
ölkədə sabitliyi,
həmrəyliyi bərpa
etmək məqsədilə
Gəncəyə getdi.
Sabitliyi təmin etmək üçün ölkədə
olan bütün qanunsuz siyasi birləşmələr ləğv
edildi. Ümummilli Lider öz cəsarəti, siyasi və idarəçilik təcrübəsi sayəsində
bütün dövlət
çevrilişləri cəhdlərinin
qarşısını aldı.
Dövlət çevrilişinə cəhd olunan zaman Ulu Öndər
xalqa müraciət etdi. Onun bir çağırışı
ilə Azərbaycan xalqı meydana çıxdı və dövlət çevrilişinin
qarşısı alındı.
Biz o zaman xalq-Prezident
həmrəyliyinin şahidi
olduq. Sabitliyin bərpası və
xalq-ordu-hakimiyyət həmrəyliyi
Horadiz əməliyyatlarında
uğurlar qazanmağımızı
təmin etdi. “Əsrin müqaviləsi”nin imzalanması dövründə də hələ ölkədə
sabitlik tam təmin olunmamışdı. Xarici ölkələrin,
neft şirkətlərinin
rəhbərləri bilirdilər
ki, Azərbaycanda sabitlik təmin olunmayıb. Sual olunur,
onlar nə üçün bu kontraktı imzalamağa razı oldular? Yalnız və yalnız Heydər Əliyev amilinə görə.
Çünki onlar Heydər
Əliyevi tanıyırdılar.
Məhz “Əsrin müqaviləsi”nin imzalanması da Heydər Əliyevə inamın nəticəsində
mümkün oldu.
Əli Həsənov ölkəmizdə
həmrəyliyin bərpası
istiqamətində görülən
işlərdən bəhs
edərək deyib: “Ulu Öndərin hakimiyyəti dövründə
“Sərbəst toplaşma
azadlığı haqqında”
Qanun qəbul olundu, senzura ləğv edildi. Bütün bu işlər vətəndaş həmrəyliyinin
təmininə xidmət
edirdi”.
Qeyd edilib ki, Prezident İlham
Əliyevin hakimiyyəti
illərində də
ölkəmizdə sabitliyin,
həmrəyliyin qorunub
saxlanılması istiqamətində
önəmli addımlar
atıldı. Mühüm qanunlar, qərarlar
qəbul edildi.
Bu gün ölkəmizdə
beş mindən
çox KİV qeydiyyata
alınıb. Qırx
gündəlik ümumrespublika
qəzeti dərc olunur, 9 televiziya kanalı, 14 regional kanal,
14 radio fəaliyyət göstərir.
Bu gün ölkəmizdə
qeydiyyatdan keçən
2700 qeyri-hökumət təşkilatı
var.
Bu gün Azərbaycanda ölkə daxili ilə yanaşı, beynəlxalq aləmdə də həmrəyliyin bərpası istiqamətində
mühüm addımların
atıldığını vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda keçirilən beynəlxalq
forumlar, idman yarışları və digər tədbirlər dünya ölkələrinin
xalqları arasında
həmrəyliyin bərqərar
olmasına xidmət edir. Bu gün
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva dünya xalqları arasında həmrəyliyin təmin olunması istiqamətində
çalışırlar. Azərbaycanda sabitlik tam təmin
olunub, ölkəmizdə
xalq ilə Prezident arasında birlik mövcuddur. Biz aprel döyüşləri
zamanı bir daha bunun şahidi
olduq. Döyüşlərdə Azərbaycan Ordusunun
hünəri, xalqımızın
hərbiçilərimizə göstərdiyi dəstək,
dövlətimizin başçısının
ətrafında sıx
birləşməsi həmrəyliyin,
birliyin göstəricisidir.
Sonra “Böyük
Qayıdışın başlanğıcı
– Cocuq Mərcanlı”
filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan
Respublikası Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması”
İctimai Birliyinin sədri Bayram Səfərov, “Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Laçın rayonundan məcburi köçkün Əmirxan
Zeynalov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs
ediblər. Qeyd olunub ki, görkəmli dövlət
xadimi, dünya şöhrətli siyasətçı
Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsini
əhatə edir.
Ulu Öndərin qətiyyəti,
güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində
müasir Azərbaycan
dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi
qayğı ilə yanaşıb. Bu gün bu diqqət
və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.
Tədbir
zamanı Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə qaçqınların
və məcburi köçkünlərin sosial
müdafiəsi sahəsində
səmərəli fəaliyyətinə
görə 3-cü dərəcəli
“Vətənə xidmətə
görə” ordeni ilə təltif edilən Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədr müavini Gəray Fərhadova ordeni təqdim edib.
Azərbaycan.-
2017.- 5 may.- S. 4.