Heydər Əliyev
ideyaları əbədiyaşardır
Mayın
4-də Bakı Dövlət Universitetində (BDU) ümummilli
lider Heydər Əliyevin anadan olmasının 94-cü
ildönümünə həsr edilmiş tədbir
keçirilib.
Əvvəlcə
tədbir iştirakçıları ulu öndərin xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə
BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider
Heydər Əliyevin doğma vətən və xalq
qarşısındakı əvəzsiz tarixi xidmətlərindən
danışıb.
Müasir
müstəqil Azərbaycan dövlətinin qurulmasında,
inkişafında və dünyaya tanıdılmasında ulu
öndər Heydər Əliyevin müstəsna rolunu
vurğulayan rektor ümummilli liderin siyasətinin əhəmiyyətindən
bəhs edib, dahi rəhbərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini bildirib.
Ulu
öndər Heydər Əliyevin Bakı Dövlət
Universitetinin məzunu və fəxri doktoru olduğunu qürur
hissi ilə qeyd edən akademik A.Məhərrəmov onun elmə,
təhsilə daim xüsusi önəm verdiyini diqqətə
çatdırıb.
Rektor
vurğulayıb ki, bu gün Azərbaycan çox sürətlə
inkişaf edir. Bütün bunlar dahi rəhbər Heydər
Əliyev siyasətinin bəhrəsidir. Xoşbəxt o
xalqdır ki, onun ümummilli lideri var. Azərbaycan xalqı
xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər
Əliyev kimi ümummilli lideri var.
Baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər
Əliyevin müasir Azərbaycan tarixindəki rolundan
danışıb. Qeyd edilib ki, doğma Azərbaycanın
müstəqilliyinin qorunması, dövlətçiliyinin
möhkəmləndirilməsi, inkişafı yalnız və
yalnız ulu öndərin adı və fəaliyyəti ilə
bağlıdır.
Azərbaycanda
qazanılan nailiyyətlərdən bəhs edən Əli
Əhmədov ümummilli liderin siyasi xəttinin Prezident
İlham Əliyev tərəfindən əzmlə davam
etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb
ki, dövlət başçısının
apardığı məqsədyönlü siyasət nəticəsində
bu gün Azərbaycan dünya ölkələri arasında
özünə layiqli yer tutub.
Akademik
Vasim Məmmədəliyev ulu öndər Heydər Əliyevin
milli-mənəvi dəyərlərimizin qorunmasına və
inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
Digər
çıxış edən alimlər də ümummilli lider
Heydər Əliyevin şəxsiyyətinin
böyüklüyündən danışıb, ulu öndərin
ideyalarının əbədi yaşayacağını
vurğulayıblar.
Tədbirdə
BDU-nun bir qrup əməkdaşı və tələbəsi
Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.
AZƏRTAC
Azərbaycan.- 2017.- 5 may.- S. 4.