Bakı bu dəfə də qonaqların qəlbini fəth edəcək

 

Bakının son illər qarşıladığı əcnəbi turistlərin yaşından, milliyyətindən, dinindən və irqindən asılı olmayaraq paytaxtımızla bağlı fikirlərini, rəylərini bir cümlə ilə belə ifadə etmək mümkündür: “Gəldik, gördük, valeh olduq və buranı dünyanın bənzərsiz şəhərlərindən biri kimi sevdik!”

İslamiada ərəfəsində Bakıya müsəlman ölkələrindən gələn qonaqların sayı daha çoxdur. Onların, demək olar ki, əksəriyyəti Şərq və Qərb memarlığının sintezinə heyran olur, İslam ənənələri ilə yaşayan müasir şəhərimizin mədəniyyətini rəğbətlə qarşılayırlar. Bu da təsadüfi deyil. Paytaxtımız “Formula-1”,

I Avropa Oyunları kimi möhtəşəm yarışlara evsahibliyi edib, Bakıda bu və digər məzmunda keçirilən beynəlxalq tədbirlərin sayı-hesabı yoxdur. Bakı yalnız Qafqazın yox, həm də Avropanın, hətta bütün dünyanın cazibədar və gözəl şəhərləri sırasındadır.

İnternet resurslarında Bakıya şeirlər ithaf edən, ona aşiq olanondan ayrılmaqda çətinlik çəkən turistlərin də sayı az deyil. Bakının əcnəbi qonaqları az qala çəkdikləri şəkillərlə bəhsə giriretiraf etmək lazımdır ki, bu fotoların bir qismi yüksək bədii səviyyədə yaradılmış əsərlərdir.

Şəhərlərin böyüyüb inkişaf etməsinə, məşhurlaşmasına əsrlərlə vaxt lazım gəlir. Lakin Bakı iki onillikdə simasını dəyişdi və Şərqin möcüzəvi şəhərlərindən birinə çevrildi. Ona görə çevrildi ki, paytaxtımız müasir memarlıq nümunələri ilə yanaşı, milli əxlaqını, milli mənliyini qoruya, onu qənirsiz mədəniyyət və əxlaq nümunəsi kimi dünyaya təqdim edə bildi. Nəticədə bizi olduğumuz kimi tanıdılar və paytaxtımızı, bu şəhərin sakinlərini, mədəniyyətimizi, əxlaqımızı bəyəndilər, təqdirəlayiq saydılar.

Komsomolskaya Pravda” nəşrinin 4 milyon nüsxə ilə çıxan əlavələrindən birinin keçmiş redaktoru İqor Suxanov deyir ki, Bakını özüsevir, dostları da. Danışır ki, dostlarından birinin qızı Tbilisiyə dincəlməyə gəlir və 10 gün bu şəhərdə qalır. Geriyə - Moskvaya isə Bakıdan uçmalı olur. Hava limanında ona təklif edirlər ki, hələ uçuşa saatlar var, Bakını gəzsin. Gəzinti zamanı dəniz kənarında qoca bağban qıza təklif edir ki, ayaqqabılarını soyunub çəmənlikdə gəzsin. Niyə sualına bağban belə cavab verir: “Birincisi, canına xeyirdir, ikincisi, bu şəhəri sevəcəksən və unutmayacaqsan”. Dostum qürurla deyir ki, indi o qız sizin paytaxtı unuda bilmir, ayaqlarının altı Bakı çəmənlikləri üçün darıxır, ürəyi isə o qoca bağbana can atır. Nə xoş ki, belə romantik xatirələrin sayı-hesabı yoxdur.

İslam Həmrəyliyi Oyunları ərəfəsində diqqətçəkən məqamlardan biri də ölkədə və onun hüdudlarından kənarda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə xüsusi önəm verilməsidir. Mayın 2-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “İBRƏT” ictimai-dini redaksiyasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi ili”nə həsr edilmiş “Qədim, tarixi Quran kitabları” sərgisi keçirilib. Sərgidə Müqəddəs Kitabın müxtəlif illərdə nəşr edilmiş 150-dən çox nümunəsi ziyarətçilərə təqdim olunub. “Qurani-Kərim”dən gələn dəyərlər milli ənənələrimizlə birgə 1300 ildən artıqdır ki, xalqımızın mənəvi dünyasını təşkil edir. Azərbaycanda dinindən, dilindən asılı olmayaraq bütün insanlar dost və qardaşdır, çünki xalqımız qonaqpərvər və humanistdir.

Mayın 4-5-də isə Azərbaycan Xalça Muzeyində Xalçaçı Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir. Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Bizim xalçalar beynəlxalq miqyasda tanınır, dünya muzeylərini və şəxsi kolleksiyaları bəzəyir. Məhz dövlətimizin qayğısı nəticəsində 2010-cu il noyabrın 10-da Azərbaycanın xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni miras üzrə reprezentativ siyahısına daxil edilib.

Ölkəmizin 100-dən çox toxucusu, xalçaçı-rəssamı və eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislərin iştirak etdikləri tədbirlər çərçivəsində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuzxovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri də keçilib. Bütün bunlar Bakıya İslam Oyunları ərəfəsində təşrif gətirən turistlər üçün maraqlıdır. Onlar bugünümüzü görməklə yanaşı, keçmişimizi də ziyarət etmək imkanı qazanırlar.

Azərbaycandan kənarda da Oyunlara maraq artıb. İslamiada ərəfəsində Krasnoyarskda Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə Azərbaycan Mədəniyyəti Günü keçirilib. Qonaqlar əvvəlcə Azərbaycan incəsənətini, ədəbiyyatını dekorativ tətbiqi sənətini əks etdirən sərgi ilə tanış olublar, sonra onlaraOdlar yurduansamblının ifasındaSarı gəlinxoreoqrafiya tamaşası digər rəqslər nümayiş etdirilib. Tədbirdə Azərbaycan musiqisinin ritmləri dünyanın 20-dən çox xalqının mədəniyyətini əks etdirən mahnı rəqslər ifa olunub.

İslamiada ərəfəsində ölkəmizdə keçirilən tədbirlərin siyahısı sadalananlarla bitmir. Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyindəİslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarındaadlı sərgi təşkil olunacaq, Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarətİslam: sülh birlikadlı sərgi Muzey MərkəzindəAzərbaycan İslam abidələriadlı fotosərgi açılacaq. Nizami” Kino Mərkəzində isəAzərbaycanfilmkinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. FestivaldaNiyyət”, “Buta”, “Nabatbədii filmlərinin, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı

I Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çovqan”, “Lahıc”, “Qobustan - bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi olacaq.

Bir sözlə, IV İslam Həmrəyliyi Oyunları təkcə idman həyəcanı, rekordlar, sevincli kədərli anlarla yox, həm ölkəmizin təbliği baxımından çoxsaylı mədəni-kütləvi tədbirlərlə yadda qalacaq.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.- 5 may.- S. 9.