Mali Respublikasının Prezidenti
İbrahim Boubakar Keita:”Azərbaycan İlham Əliyevin rəhbərliyi
ilə son illər sürətli inkişaf yolu keçərək
dünyada böyük nüfuz qazanıb”
Mayın
5-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizdə səfərdə olan Mali
Respublikasının Prezidenti İbrahim Boubakar Keita ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə Bakıda
keçirilən IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun önəmi xüsusi vurğulandı. Ölkələrimiz
arasında siyasi əlaqələrin səviyyəsindən məmnunluq
ifadə edildi, iqtisadi sahədə də əməkdaşlığın
inkişaf etdirilməsinin önəmi qeyd olundu.
Azərbaycanda
yüksək qonaqpərvərliyə görə minnətdarlığını
bildirən Mali Prezidenti dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin son illər sürətli inkişaf yolu keçərək
dünyada böyük nüfuz qazandığını diqqətə
çatdırdı. Prezident İbrahim Boubakar Keita ölkəmizdə
keçirilən seçkilərdə dövlətimizin
başçısının yüksək səs
qazanmasının xalqın Azərbaycan Prezidentinə
inamının və etimadının göstəricisi
olduğunu diqqətə çatdırdı. Azərbaycanın
sürətli inkişafından məmnunluğunu ifadə edən
Mali Prezidenti Bakının dünyada mədəniyyətlərarası
dialoq mərkəzinə çevrildiyini vurğuladı.
Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən ali qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində Azərbaycanın təcrübəsinə, texniki imkanlarına, eləcə də idarəçilik təcrübəsinin öyrənilməsinə ehtiyac duyduqlarını bildirdi. Mali Prezidenti hərbi-texniki, enerji sahələrində də Azərbaycan ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu, terrorçuluğa qarşı mübarizədə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini bildirdi.
Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf
etdirilməsi üçün
yaxşı imkanların olduğunu deyən
Prezident İlham
Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli əməkdaşlıq
etdiklərini vurğuladı. Dövlətimizin
başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq,
qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının
araşdırılmasının önəmini qeyd
etdi.