Son dörd ayda Azərbaycana
gələn turistlərin sayı 26 faiz artıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai
ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər
tədbirlərin keçirilməsinin xalqların və
ölkələrin bir-biri ilə daha da yaxınlaşması
işinə xidmət etdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olundu. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olundu.
Dövlətimizin başçısı son illər
ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini,
bu baxımdan geniş imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat
gələ bilmələri üçün hər cür
şəraitin yaradıldığını qeyd edərək,
son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə
çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə
turist artımı bir sıra sahələrin inkişafına
mühüm töhfə verir.
Azərbaycan.- 2017.- 6
may.- S. 5.