Dünyada baş verən islamafobiya mədəniyyətlərə, dinlərə mənfi təsir göstərir

 

Mayın 5-də IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә Azərbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolumövzusunda plenar sessiya keçirilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bugünkü mövzuda mədəni körpülərin qurulmasında parlamentlərin və siyasətçilərin rolu əsas götürülüb. Dünyada baş verən islamofobiya, ksenofobiya və digər xoşagəlməz hallar mədəniyyətlərə, dinlərə, o cümlədən millətlərə mənfi təsir göstərir. Bu mövzuya qısamüddətli yerli müstəvidə yox, qlobal müstəvidə baxmalıyıq.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sessiyada çıxış edərək bildirib ki, təqribən 25 il bundan əvvəl siyasi fikirdə bir konsepsiya irəli sürülüb: “Soyuq müharibə başa çatdıqdan sonra planetin siyasi xəritəsinin “birinci”, “ikinci” və “üçüncüdünya ölkələrinə bölünməsi artıq öz mənasını itirib. Müasir dünya siyasi, ideoloji və hərbi ayırma xətləri tutub. Bundan sonra qlobal siyasətlə bağlı ən böyük münaqişələr müxtəlif sivilizasiyalara mənsub olan millətlər və qruplar arasında cərəyan edəcək. Sivilizasiyaların toqquşması, İslam dünyası ilə Qərb dünyasının qarşıdurması dünya siyasətinin üstün amilinə çevriləcək”.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi təqdim edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslamAvropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Mədəniyyətlərarası, dinlərarası dialoqmultikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olubbu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb. Azərbaycan həmişə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına kömək göstərib və bundan sonra da kömək göstərəcək. Göstərilən səylər, o cümlədən bu gün iştirak etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq. Elə bir dünya ki, orada həm bir xalq və dövlət sülh və əmin-amanlıq şəraitində yaşamaqinkişaf etmək, öz mədəni sərvətlərini artırmaq yolu ilə ümumdünya mədəniyyətini zənginləşdirmək, bəşər sivilizasiyasını daha da irəliyə aparmaq imkanına malik olacaq.

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edibburada çox səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, ölkəsi haqqında məlumat verərək bildirib ki, Cibuti Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu bir ölkədir. Müxtəlif xalqların yaşadığı Cibuti sanki bir sabitlik adasıdır. Azərbaycanda olduğu kimi, bizim ölkəmizdə də tolerantlıq yüksək səviyyədədir. Cibutidə müxtəlif dinlərə, irqlərə məxsus insanlar yaşayır. Müxtəlif millətlərin bir yerdə dinc şəraitdə yaşaya bilməsi çox gözəldir. Bu şəraiti parlament, dövlət və hökumət qurumları yaradır.

Qeyd edilib ki, parlamentlər mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rola malikdirlər. Bizim məsuliyyətlərimiz də imkanlarımızdan az deyil. Bu cür məsələlərdə ictimai rəyə əsaslanmalıyıq, həmçinin biz parlament üzvləri olaraq seçicilərimizi diqqətdə saxlamalıyıq. Parlament üzvləri olaraq mədəniyyətlərarası dialoqda öz rolumuzu tamamilə dərk etməliyik. Əcdadlarımızdan bizə qalan tolerantlığı, dözümlülüyü qoruyub saxlamalı və bu istiqamətdə səylərimizi əsirgəməməliyik. Müxtəlif ölkələri təmsil etsək də, mədəniyyətlərarası dialoqa önəm verməliyik, çünki mədəniyyətlərarası dialoq xüsusilə parlament səviyyəsində önəmli olan bir məsələdir. Buna görə də həmin əlaqәlәri güclәndirmәk, əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək hər bir ölkəyə müsbət təsir edəcək böyük bir amildir.

Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, mədəniyyətlərarası dialoq mühüm əhəmiyyət kəsb edən və yerində seçilmiş mövzudur. Sivilizasiyalar arasında mədəni körpülərin qurulması terrorizmin, ksenofobiyanın yarandığı bu çağda yeni düşüncələr üçün mühüm əsas yaradır. Hər bir dövlətdə qəbul edilən qanunun universal dili var. Yəni bu, o deməkdir ki, biz qanunlara riayət edərək istənilən bir ölkədə yaşaya bilərik. Cəmiyyəti birləşdirən qanundan sonra ikinci yerdə duran əsas prinsip isə demokratiyadır. Demokratik qaydalarda hökumətlərarası müqavilələr, dövlət başçılarının qərarları, parlamentlər tərəfindən qəbul edilən qanunlar öz əksini tapır. Bu, bizlərdə böyük bir məsuliyyət yaradır ki, bu mövqeyə düzgün riayət edək. Biz seçicilərimiz tərəfindən kifayət qədər səlahiyyətlər almışıq, ona görə də bundan səmərəli şəkildə istifadə etməliyik. Biz təkcə hökumət problemlərini həll etmirik, mədəniyyətimizi, bizi bir araya gətirən dəyərləri araşdırırıq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var.

Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Abbasi bildirib ki, mədəniyyətlərarası dialoqla bağlı sessiyada iştirak etmək onun üçün çox önəmlidir. “Biz öz fəaliyyətimizdə mədəniyyətlərarası dialoq yaratmağa çalışırıq. Çünki əməkdaşlıq etmək hər bir ölkəyə müsbət təsir göstərir. Bu gün dünyada ədalətsiz qüvvələr mövcuddur, terrorçuluq baş alıb gedirbütün bunlar dövlətlərə, parlamentlərə mənfi təsir göstərir. Parlamentlərin rolu mədəniyyətlərarası dialoqun genişləndirilməsindən ibarət olmalıdır. Biz bir-birimizin fikirləri ilə razılaşmasaq da ən azı bir-birimizi dinləməyi bacarmalıyıq. Mədəniyyətlərarası dialoq ölkələrdə demokratiyanın inkişafını gücləndirə bilər. Buna görə də mədəni körpülərin qurulmasında öz rolumuzu əsirgəməməliyik. Bu, parlamentlər üçün vacib məqamlardan biridir. Əməkdaşlıqlar və qarşılıqlı anlaşmalar bəşəriyyətimizi xilas edəcək əsas amillərdir”, – deyə Murtuza Abbasi qeyd edib.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Zahidə Mənsur vurğulayıb ki, qarşılıqlı ehtiramdözümlülük dünyanı xilas edəcək vacib dəyərlərdir.

Azərbaycanın gözəl mədəniyyətə sahib olduğunu deyən Lordlar Palatasının üzvü qeyd edib ki, IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu bütün dünya üçün çox vacib tədbirdir: “Bizlər mədəniyyətlər arasında körpüləri qururuq. Parlamentlər isə bu körpülərin yaranmasında nümunəvi rol oynamalıdırlar. Cəmiyyətdə mədəniyyətin, dilin, dinin insanlar arasında layiqincə təbliğ edilməsi önəmlidir. Çünki bu, mədəniyyətlərarası dialoqa da müsbət təsir göstərəcək amildir. Bunun əsasında isə insan hüquqları, söz, vicdan azadlığı dayanır. Bu çərçivədə beynəlxalq əlaqələrə də qoşulmaq əhəmiyyətlidir. Çünki müxtəlif mədəniyyətlərə sahib xalqların bir yerdə yaşaması həmin ölkələrin inkişafına şərait yaradır”.

ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Rabbi Mark Şnayer dialoqun əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələr arasında mədəni körpülərin qurulması dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına şərait yarada bilər. Baş verən ədalətsizliklər dünyanın hansı hissəsində olursa-olsun, bütün dövlətlərin narazılığına səbəb olmalıdır. Öz ədalətləri naminə vuruşan insanlar əgər xalqın mənafeyini də güdürsə, o zaman hər bir dövlət bu ədalətsizliyin qarşısını mütləq şəkildə almalı, o insanlara kömək olmalıdır.

Azərbaycandakı yüksək səviyyəli tolerantlıqdan danışan R.M.Şnayer vurğulayıb ki, Azərbaycan müsəlman aləmində bir modeldir və digər ölkələrə nümunədir. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqu özündə əks etdirən güclü bir dövlətdir. Müxtəlif dinlərə, mədəniyyətlərə məxsus insanlar burada dinc şəraitdə yaşayırlar. Azərbaycanda keçirilən Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu bütün dövlətlərlə yanaşı, Amerika üçünbir nümunədir.

Sessiya müvafiq mövzuda müzakirələrlə davam edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 6 may.- S. 6.