Qaçqın və məcburi
köçkünlərin problemlərinin
həllində Azərbaycan
təcrübəsindən istifadə
edilir
Dördüncü Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimedin moderatorluğu ilə keçirilən sessiyada İspaniyanın Abat Oliba CEU Universitetinin iqtisadi həmrəylik kafedrasının direktoru Carmen Parra Rodrigez ölkəsinin digər Avropa dövlətləri kimi miqrant problemini yaşadığını bildirib. Miqrantlar İspaniyanın bir çox şəhərlərində məskunlaşıblar. Barselonada əhalinin 30 faizini miqrantlar təşkil edir.
Azərbaycan
Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədr müavini
Fuad Hüseynov bildirib ki, bu
gün dünyada
qaçqın və məcburi köçkünlərin
sayı 60 milyona çatır. Bu isə 20 il əvvəlki
dövrlə müqayisədə 3 dəfə artım deməkdir.
Miqrasiya proseslərini idarə etmək hakimiyyətlərin
qarşısında duran vəzifədir.
Azərbaycan əhalisinin sayı az olsa da, Avropa
ilə eyni sayda
qaçqın və məcburi köçkün
problemi ilə üzləşib. Ölkəmizdə
250 min nəfər məcburi köçkün yeni mənzillərə
köçürülüb. Bu insanların problemlərinin
həlli üçün
milyardlarla dollar vəsait
sərf edilib. Azərbaycan dövləti
torpaqlarımız işğaldan
azad edildikdən sonra məcburi köçkünlərin öz
torpaqlarına qayıtması
ilə bağlı “Böyük qayıdış”
proqramı hazırlayır.
Bu baxımdan, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin doğma torpaqlarına qayıdışına
hazırlaşmasını xüsusi qeyd etmək olar.
F.Hüseynov deyib ki, ölkəmizdə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli
ilə bağlı əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş vahid Azərbaycan modeli var. Bu gün dünyada bu problemin həllində
Azərbaycanın təcrübəsindən
istifadə edilir. Qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
ilə bağlı dövlətimizin başçısı
İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən çox
mühüm işlər
həyata keçirilir.
Bu da Azərbaycana
səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri
tərəfindən dünyaya
nümunə göstərilir.
Dövlət Komitəsi sədrinin müavini vurğulayıb
ki, Azərbaycanda heç vaxt etnik və dini
zəmində qarşıdurma
olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqın
və miqrantların qarşılanmasına mənfi
münasibət bəsləyir.
Bu ölkələrdən biri kimi Ermənistanı
qeyd etmək olar. Bu ölkə
Suriyadan gələn erməniləri qeyri-qanuni
şəkildə Azərbaycanın
işğal olunmuş
ərazilərində yerləşdirir.
Qraz Şəhər Meriyasında
İnteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri
və mətbuat katibi Tomas Racakoviç miqrantların cəmiyyətə
inteqrasiyasının vacib
olduğunu vurğulayıb. Bildirib ki,
bütün insanlar kimi miqrantların da təhsil, səhiyyə və digər sosial imkanlardan yararlanmaq haqları var.
Qlobal Miqrasiya Siyasəti Assosiasiyasının prezidenti
Patrik Taran miqrasiyanın əsasən
şəhərləri əhatə
etdiyini söyləyib. Bildirib ki,
miqrantlar Avropada işləyən əhalinin
15 faizini təşkil
edir. Almaniyada orta göstəricidən
yüksək, yəni,
işləyən əhalinin
20 faizini miqrantlar təşkil edir. 2020-ci ilə qədər
təkcə universitetlərdə
xüsusi peşə sahibləri olan 85 milyon insan tələb
olunacaq. Bu da miqrantlara ehtiyacı göstərir.
Almaniya, İtaliya, Rusiya kimi ölkələrdə
demoqrafik məsələyə
görə işçi
qüvvəsi azalır.
Sessiya
müzakirələrlə davam edib.