“Şimali
Afrika və Yaxın Şərqdə media və informasiya
savadlılığı üçün
imkanlar” kitabının təqdimatı olub
IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində BMT-nin Sivilizasiyalar
Alyansının təşkilatçılığı ilə
“Şimali Afrika və Yaxın Şərqdə media və
informasiya savadlılığı üçün imkanlar”
kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansının humanitar məsələlər və vətəndaş cəmiyyəti üzrə baş məsləhətçisi Hanifa Mezui kitab barədə məlumat verib. Bildirilib ki, kitab UNESCO-nun və BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığı çərçivəsində 2016-cı ildə uşaqlar, gənclər və media üzrə beynəlxalq koordinasiya təşkilatı tərəfindən nəşr edilib.
Təşkilatın fəaliyyəti barədə danışan Hanifa Mezui qeyd edib ki, Beynəlxalq koordinasiya təşkilatının məqsədi uşaqlar, gənclər və media haqqında məlumatları toplayaraq yaymaqdır. Əsas hədəflərindən biri də uşaq və gənclər arasında tədqiqatların aparılmasıdır. Kitabda bu mövzuda 2016-cı ildə buraxılan məqalələr toplanıb. Bu nəşr media və informasiya savadlılığı sahəsində dünyanın bir çox ölkələrinin ədəbiyyatındakı boşluqların aradan qaldırılmasında dəyərli mənbədir.
Kitabdakı məqalələrin ingilis və ərəb dillərində təqdim
edildiyini bildirən H.Mezui
toplunun daha çox dillərə tərcümə olunmasının
vacibliyini vurğulayıb.