UNEP Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa
önəm verir
Mayın
5-də Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) xoşməramlı səfiri
Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının
(UNEP) icraçı direktorunun
müavini İbrahim Thiau ilə görüşüb.
AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələləri ətrafında
fikir mübadiləsi aparılıb, yerli və regional səviyyədə
görülən işlər,
irəli sürülən
təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş
ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri
və gələcək
planları haqqında
BMT rəsmisinə məlumat
verib.
Leyla Əliyeva
qarşıdan gələn
BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə
toxunaraq, tədbirin çirklənmə mövzusuna
həsr edilməsinin təqdirəlayiq olduğunu,
müasir dünyada bu problemin yaratdığı
təhlükənin ciddiliyini
qeyd edib. O, rəhbərlik
etdiyi IDEA kampaniyası
tərəfindən ətraf
mühitin çirklənməsinin
qarşısının alınması,
təkrar emal və tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə
və tədbirlər
haqqında danışıb,
Azərbaycanda bu istiqamətdə aparılan
fəaliyyətdə UNEP-in iştirak edəcəyinə
ümidvar olduğunu bildirib.
Bununla yanaşı,
Leyla Əliyeva IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi,
xüsusən də nəsli kəsilmək təhlükəsi altında
olan nərə balığının qorunması
üzrə səyləri,
o cümlədən bu
balığın artması
üçün vacib
olan Kür çayının deltasının
təmizlənməsi layihəsi
haqqında danışıb.
IDEA-nın təbiətin qorunması istiqamətində
gördüyü işləri
yüksək qiymətləndirən
İbrahim Thiau bildirib ki, UNEP Azərbaycan hökuməti,
qeyri-hökumət təşkilatları
və digər maraqlı tərəflər
ilə sıx əməkdaşlığa önəm
verir.
UNEP və IDEA-nın
əsas məqsəd və vəzifələrinin
üst-üstə düşdüyünü
nəzərə alaraq,
tərəflər əməkdaşlığı
davam etdirmək və genişləndirmək
niyyətində olduqlarını
vurğuladılar.
Görüşün sonunda Leyla Əliyeva
UNEP-in icraçı direktoru
Erik Solxeymi Azərbaycana
səfərə dəvət
edib.