Lüdviqshafenli qonaqlar
Sumqayıtda alman hərbi əsirlərin
məzarlarını ziyarət ediblər
Sumqayıtda Almaniyanın Lüdviqshafen
şəhəri ilə
dostluğun 30, tərəfdaşlıq
əlaqələrinin yaradılmasının
isə 40 illiyi münasibətilə keçirilən
yubiley tədbirləri
mayın 5-də davam edib.
AZƏRTAC
xəbər verir ki, qonaqlar əvvəlcə
paytaxt Bakı ilə tanış
olub, şəhərin
görməli yerlərini
gəziblər.
Sonra Almaniyanın
Azərbaycandakı səfirliyində
Sumqayıt və Lüdviqshafen şəhərlərinin
rəhbərliyi və
ictimaiyyət nümayəndələri
üçün ziyafət
təşkil olunub. Ziyafətdə Sumqayıt Şəhər
İcra Hakimiyyətinin
başçısı Zakir
Fərəcov və Lüdviqshafen şəhərinin
oberburqomistri doktor xanım Eva Louze iştirak ediblər.
Almaniya Federativ
Respublikasının ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Mixael Kindsqrab 1977-ci ildə təməli qoyulmuş əlaqələrdən,
iki şəhər arasında son illər xüsusilə fəallaşmış
uğurlu əməkdaşlıqdan
danışıb.
Günün ikinci yarısında qonaqlar Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlığa
baş çəkiblər. Burada 311 alman
əsirinin qəbri üzərinə tər qərənfillər düzülüb.
Sonra
2005–ci ildən Sumqayıtda
Lüdviqshafen şəhərinin
maliyyə və təşkilati dəstəyi
ilə fəaliyyət
göstərən Alman
dili Mərkəzinə
gələn qonaqlar mərkəzin işi ilə tanış
olublar. Alman nümayəndə heyəti mərkəzə
televizor, DVD və videomaqnitofon hədiyyə
ediblər.
Qonaqlar axşam
saatlarında Sumqayıt
Şəhər İcra
Hakimiyyəti qarşısındakı
meydanda “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları
çərçivəsində keçirilən su festivalını böyük
maraqla izləyiblər. Festival
almaniyalı qonaqlarda xoş
təəssürat yaradıb.
Azərbaycan.-
2017.- 6 may.- S. 9.