Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 427-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 86; 2001, ¹ 12, maddə 755; 2002, ¹ 8, maddə 487; 2003, ¹ 10, maddələr 546, 585; 2007, ¹ 2, maddə 87; 2008, ¹ 9, maddə 798; 2016, ¹ 2 (II kitab), maddə 255; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli 1281 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 7-ci hissəsindən “lazımi” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 7 may.- S. 2.