“Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” konfransının iştirakçıları ulu öndərin məzarını ziyarət ediblər

 

Bakıda keçirilən “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfransın iştirakçıları mayın 6-da ulu öndərin məzarını ziyarət ediblər.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş konfransın iştirakçıları ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 3.