Gənclər
arasında dialoqun stimullaşdırılması yolları
müzakirə edilib
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də “Generation What?” gənclər layihəsi: Bir transmedia kampaniyası qlobal dialoqu necə stimullaşdıra bilər” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanin moderatoru, Asiya və Sakit okean regionunda ictimai və humanitar elmlər üzrə UNESCO-nun regional müşaviri xanım Sue Vize müzakirə olunan mövzunun aktuallığından danışıb.
“YAMI 2”
şirkətinin prodüseri Nik Kristofer “Generation What?” layihəsi
haqqında məlumat verib. O bildirib ki, bu layihə vasitəsilə
müasir dövrümüzdə gənclər onları
maraqlandıran suallara cavab tapa bilərlər. Bu layihə
çərçivəsində sorğular əvvəl
televiziya, radio vasitəsilə aparılırdısa,
hazırda onlayn olaraq həyata keçirilir. Sorğular sosioloq
qruplarının hazırladığı 150 sualdan ibarətdir.
Qeyd edilib
ki, gənclərin baxışlarında, həyat tərzində
fərqlər müşahidə olunur və bunları müəyyən
etmədikdə boşluqlar yaranır ki, bu da mənfi nəticələrə
gətirib çıxara bilər. Müasir dövrdə
yaşayan gənclər digər dövrlərə nisbətən
daha savadlıdırlar, çünki onlar daha çox vəsaitə,
vasitəyə malikdirlər. Bunları nəzərə alaraq
gəncləri daha yaxşı başa düşmək, onlara
müəyyən yol göstərmək, onları digər mədəniyyətdən
olan həmfikirləri ilə tanış etmək önəmlidir
və bu istiqamətdə layihələrin həyata
keçirilməsi nəzərdə tutulur.
Asiya-Sakit
okean Yayım Birliyinin proqramlaşdırma direktoru Tatsuhiro
Beniko çıxış edərək bildirib ki, Asiyada yaşayan
əhalinin 60 faizi gəncdir. O, “Generation What?” layihəsinin
apardığı sorğularda asiyalı gənclərin daha
yaxından və fəal iştirakını təşkil etmək
istədiklərini bildirib. T.Beniko Nepal, Banqladeş, Kamboca,
İndoneziya və digər ölkələrdə yaşayan gəncləri
əhatə etmək üçün daha çox yayım
şirkətlərini cəlb etmək niyyətində
olduqlarını söyləyib.
Sessiyada gənclər arasında dialoqun
stimullaşdırılması yolları ilə bağlı səmərəli
müzakirələr aparılıb.