Əli Həsənov:
“Azərbaycanın məqsədi
xalqlar, dövlətlər və millətlər arasında həmrəyliyə
nail olmaqdır”
Keçən il Azərbaycanda "Multikulturalizm İli", bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dini-etnik müxtəlifliyin, multikultural dəyərlərin təşviqinə yönəlmiş siyasətinin əyani təsdiqidir.
Azərbaycanın turizmi inkişaf etdirmək
siyasəti yürütdüyünü qeyd edən Əli Həsənov
deyib: “Bu Forumda iştirak edən qonaqlar, nümayəndə
heyətlərinin üzvləri potensial turistlərdir. Onlar Azərbaycanda
inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın
qonaqpərvərliyini görürlər və öz ölkələrinə
qayıdanda ailə üzvlərinə, dostlarına bu barədə
danışacaqlar. Bu baxımdan bu tədbirin çox
böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti
Forumun açılış mərasimindəki nitqində
ölkəmizə regionda və dünyada nüfuz
qazandıran siyasətin prioritetlərini açıqladı.
Birinci vitse-prezident Mehriban Əliyevanın Forumdakı
çıxışında səsləndirdiyi fikirlər,
panel sessiyalarda aparılan müzakirələrdə deyilənlər
sübut edir ki, Azərbaycan doğru yoldadır və bu yolla
inamla irəliləyir”.