İlham
Əliyev görkəmli alim, akademik Rəfiqə
Əliyevanın hüzr mərasimində iştirak edib
Heydər Məscidində tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev hüzr mərasimində iştirak edib.
Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.
Akademik Rəfiqə Əliyeva ölkəmizdə
kimya elminin inkişafına mühüm töhfələr
verib. Onun rəhbərliyi altında çox önəmli elmi
tədqiqat işləri aparılıb. Bir sıra elmi
şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə
Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və
dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi
altında 20-dən çox fəlsəfə və elmlər
doktoru yetişib. Ömrünün böyük hissəsini
Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə
məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə
analitik kimya sahəsində yeganə qadın akademikdir.