“Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 61, ¹ 7, maddə 533, ¹ 10, maddə 780, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddələr 77, 80; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 108, ¹ 9, maddə 988; 2016, ¹ 9, maddə 1479) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:
1.1. 8.31-ci bəndə “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilsin:
“8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;”.
2. Həmin fərmanla təsdiq edilmiş Əlavə IV - “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilsin:
“8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 may 2017-ci
il
Azərbaycabn.- 2017.- 9 may.- S. 2.