Bakı İdman Sarayı yarışlara yüksək səviyyədə evsahibliyi edəcək

 

 

Son illərdə Azərbaycanın idman mənzərəsini səciyyələndirən əsas məqamlardan birimüasir infrastrukturun yaradılmasıdır. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi uğurlu strategiya Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların yarışlar üçün məkan müəyyənləşdirərkən məhz ölkəmizə üstünlük verməsini də təmin edib. Çünki ölkəmizdə yaradılan müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə keçirməyə imkan verir.

Məhz bunun nəticəsi idi ki, Avropanın tarixində birinci dəfə keçirilən möhtəşəm idman tədbirinin - I Avropa Oyunlarının təşkili ölkəmizə həvalə olundu. Bu Oyunlara hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələr icra edildi, idman infrastrukturu yeniləndi, müasir idman mərkəzlərinin yaradılması istiqamətində sürətlə aparıldı. Nəticədə, modern görkəm və avadanlıqlarla tam təchiz olunmuş yeni, həmçinin yenidən qurulan obyektlər yaradıldı. Belə obyektlərdən biri də Bakı İdman Sarayıdır (keçmiş Bakı Əl Oyunları Sarayı). I Avropa Oyunları zamanı stolüstü tennisbadminton yarışlarına evsahibliyi edən sarayda IV İslam Həmrəyliyi Oyunları zamanı üç idman növü - karate, taekvondouşu üzrə yarışlar keçiriləcək.

 

43 illik infrastruktur müasirləşdirilib

 

Hazırda İslamiada ilə əlaqədar sarayda son hazırlıq işləri görülür. IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkil etdiyi mediatur çərçivəsində sözügedən obyektdə idmançılar, jurnalistlər, eləcə də tamaşaçılar üçün yaradılan şəraitlə ətraflı tanış olduq. BuradaBaku 2015”in qızıl medalçıları, “Şöhrət” ordenli idmançılar Rafael Ağayev, Ayxan Mamayev, Milad Beiqi Herçaqani və digər idmançılarla görüşmək imkanımız yarandı. Onlar IV İslam Həmrəyliyi Oyunları zamanı öz güclərini məhz Bakı İdman Sarayında sınayacaqlar.

Xəzər dənizinin sahilində və Bakı Bulvarının ətrafında salınan idman qurğusu 1974-cü ildə inşa olunub. Bu günə qədər sarayda badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondovoleybol idman növlərində müxtəlif ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Bunlara XXVIII Yay Olimpiya Oyunları Dünya Təsnifat turniri, Qızıl Qran-pri beynəlxalq turnirləri və I Avropa Oyunları kimi mötəbər tədbirlər daxildir.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərardan sonra 2014-cü ilin yanvarından yenidənqurma işlərinə start verilən sarayda müasir standartlara cavab verən idman kompleksi kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya işləri aparıldı. Dövlət başçısı İlham Əliyev və “Bakı 2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva aprel ayının 20-də binada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Bu fakt onu göstərdi ki, idman obyektlərində aparılan təkmilləşdirmə işləri dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

 

Fiziki imkanları məhdud olan tamaşaçılar üçün xüsusi yerlər ayrılıb

 

Yenidənqurmadan sonra binanın damı və fasadı, işıqlandırma sistemi yeniləndi, ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görüldü. Müasir tələblərə uyğun yenidən qurulan binada olimpiyaparalimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradıldı. Binanın həm daxili, həm də xarici interyeri dəyişdirildi. Təmir işləri zamanı sarayın kontur xətlərinə toxunulmadı. Yəni, binanın sahəsi və hündürlüyü olduğu kimi qaldı.

Sarayla tanışlıq zamanı məlum oldu ki, əvvəllər zalın daxilində 2 lift var idisə, hazırda 6 müasir lift quraşdırılıb. Bununla da fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların yarışları rahat izləmələri üçün xüsusi yerlər ayrılıb. Bina transformator yarımstansiyası, generator qazanxana ilə tam təchiz edilib. Qaz, su, kanalizasiya, elektrik, rabitə fiberoptik internet xətləri yenilənib. Bakı İdman Sarayında idmançılar tamaşaçılar üçün tibb otaqları, kafe var. Media işçiləri üçün nəzərdə tutulmuş xüsusi konfrans otağı artıq fəaliyyətdədir. Bura yoxlamadan keçirilib oyunlar üçün tam hazır vəziyyətə gətirilib. Media nümayəndələri bu sarayda IV İslam Həmrəyliyi Oyunlarındakı yarışları rahatlıqla izləyəcək istənilən məlumatı təmsil etdikləri redaksiyalara ötürə biləcəklər. Media nümayəndələri üçün 141 yerdən ibarət ayrıca tamaşaçı tribunası da nəzərdə tutulub.

 

1736 tamaşaçı yeri

 

Oyunların keçiriləcəyi zalda əsas şərtlərdən biri havalandırma sisteminin düzgün quraşdırılmasıdır. Bu baxımdan zalda paralel bərabər paylanan havalandırma sistemi yaradılıb. Bundan başqa, püşkatma mətbuat zallarında, VIP otaqlarda, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin kabinetlərində digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınıb. Həmçinin, fövqəladə hallar üçün səs siqnalları, xüsusi göstərişlərin hamısı yoxlamadan keçirilib. Ən son təhlükəsizlik sistemi ilə təchiz olunan zalda xüsusi evakuasiya planı var. İstənilən gözlənilməz hadisə zamanı zalı tərk etmək üçün çıxışların sayı artırılıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Bakı İdman Sarayı üzrə baş meneceri Faiq Hüseynov bildirdi ki, yenidənqurmadan sonra tamaşaçı tutumunun sayı da artırılıb. Belə ki, əvvəllər burada oturacaqların sayı 1100 idisə, sonra artırılaraq 1736-ya çatdırılıb. Bunlardan 1100 oturacaq sırf tamaşaçılar üçündür.

Saray 13-14 mayda karate, 16-17-18 mayda taekvondo, 20-21 22 may günlərində isə uşu yarışlarına evsahibliyi edəcək. Karate taekvondo üzrə final görüşləri hər yarış gününün axşam sessiyasında olacaq. Uşu üzrə final görüşü isə may ayının 22-si baş tutacaq: “Azərbaycan idmançılarının hər üç idman növü üzrə kifayət qədər yaxşı nəticələri olduğundan əhali tərəfindən bu yarışlara böyük maraq var. Hər üç idman növü üzrə kifayət qədər bilet satılıb”.

 

Bakıya çox güclü idmançılar gələcək

 

Sarayla tanışlıqdan sonra oraya təşrif buyuran bir neçə idmançımızla həmsöhbət olduq. Uşu-sanda üzrə yığma komandanın üzvü, üçqat Avropa çempionu Elçin Eminov həm 2013-cü ildə İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır: “Biz komanda olaraq bu yarışa bir ildən artıqdır ki, hazırlaşırıq. Demək olar ki, ayrı-ayrı yerlərdə üç dəfə ümumi məşq keçmişik. Komandamızın axırıncı məşqi Dağıstanda olub. Ayrı-ayrı yarışlarda olmuşuq. Sonuncu yarışımız fevral ayında Moskvada baş tutub. Mən 56 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edəcəm. Bundan əvvəlki İslamiadada qarşıma məqsəd qoymuşdum ki, Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarına da vəsiqə qazanım. Belə oldu. Məşqlərimiz ciddi şəkildə davam edir. İnanıram ki, bu Oyunlarda da ölkəmizə medallar qazandıracağıq. Bayrağımızı qaldırıb, himnimizi səsləndirəcəyik. Bu idman növü üzrə 6 çəki dərəcəsində Azərbaycanı təmsil edəcəyik. Mənim çəki dərəcəmdə Bakıya çox güclü idmançılar gələcək. İndoneziyadan, favorit ölkələrdən olan İrandan çox güclü idmançılar, Dünya kubokunun qalibi Qırğızıstan atleti yarışacaq. Buna baxmayaraq, bizim komandamız bu idmançılar üzərində qələbə qazanmağa qadirdirlər”.

 

“Biz heç bir ölkə idmançısı üçün hədiyyə deyilik

 

Karate üzrə beşqat dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı Rafael Ağayev də yarışlara tam ciddi hazırlaşdığını dedi: “İl ərzində demək olar ki, bir günolsun dayanmamışıq. Ötən illərə nəzər salsaq, həm Avropa, həm də dünya çempionatı mənim üçün uğurlu oldu. Bu yarışa tam heyətlə - 5 oğlan, 5 qız qatılacağıq. Düşünürəm ki, bu dəfə bizim üçün I Avropa Oyunlarından da uğurlu olacaq. Əlimizdən nə gəlirsə, edəcəyik ki, Azərbaycan bayrağını qaldıraq. Düşünürəm ki, komandamızın bütün üzvləri ancaq bunun üçün çalışır. Oyunların Bakıda keçirilməsi isə bizim üçün həm bayram, həm də çox ciddi məsuliyyətlidir. Çünki doğma divarlar arasında döyüşəcəyik”. R.Ağayev əlavə etdi ki, hər çəkinin öz favoritləri, güclüləri var. O, “Mənim çəkimdə güclülər İran, Türkiyə, Özbəkistan idmançılarıdır. Bizheç bir ölkə idmançısı üçün hədiyyə deyilik. Çalışacağıq ki, ancaq qalib gələk, xalqımızı sevindirək” - deyə vurğuladı.

 

“Yarış bir az çətin olacaq

 

I Avropa Oyunlarının qalibi Ayxan Mamayev isə III İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran karateçimizdir: “Çox istərdim ki yenidən bu titulu öz üzərimdə saxlayım. Çünki bura vətəndir. Bu günə qədər vətəndə keçirilən heç bir yarışda məğlub olmamışam. Budəfəki arzum da odur ki, IV İslam Həmrəyliyi Oyunlarında himnimizi səsləndirim. Rəqabət çox güclüdür. Avropa ölkələrinin idmançıları əsasən taktikaya üstünlük verirlər. Müsəlmanlar isə daha çox dalaşqan olurlar. Ona görə də düşünürəm ki, yarış bir az çətin olacaq. Mənim çəkimdə (87 kq) Bakıya 17 idmançı gələcək. Ən güclü rəqiblərim İran, Misir, Ərəbistan və Türkiyə idmançılarıdır. Hər biri ilə qarşılaşmışam. Məğlub olduğum da olub, məğlub etdiyim də. İnşaallah yaxşı olar. Nəinki karateçilərimizə, bütün Azərbaycan idmançılarına uğurlar arzulayıram”.

İran əsilli Azərbaycan taekvondoçusu Milad Beiqi Herçaqani isə 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub. O da komandasının çox hazırlıqlı olduğunu dedi: “Komandamız yaxşı vəziyyətdədir. Azərbaycana güclü idmançılar gələcək. Kot di Vuar, Tunis, İran, Türkiyə idmançıları əsas rəqiblərimizdir. İnanıram ki, nəticələrimiz yaxşı olacaq. Bizim komandamız da güclüdür. İnşaallah yüksək nəticəni görəcəksiniz”.

İdmançılar sarayda yaradılan şərait barədə də müsbət fikirlər səsləndirdilər. Onlar tamaşaçılarımızın xüsusi dəstəyinə inandıqlarını və bundan stimul aldıqlarını vurğuladılar. IV İslam Həmrəyliyi Oyunları ərzində Bakı İdman Sarayında “döyüş meydanı”na çıxacaq idmançılarımıza uğur və qələbə arzulayırıq.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.-11 may.- S.10.