Auqsburq şəhərində beynəlxalq konfrans işə başlayıb

 

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizmmövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans işə başlayıb.

Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransaLogen Haus” sərgi zalında “Heydər Əliyev və gənclik” fotosərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri - Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya LukayteAfina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatında Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.

Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer çıxış edərək konfransın keçirilməsinin məqsədini açıqlayıb: Bu konfransın keçirilməsində əsas məqsəd Azərbaycan multikulturalizminə ən yüksək siyasi qiymət verən və onu hüquqi müstəviyə qaldıran, eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdir. Həmçinin Azərbaycanın Gənc Dostları Klubunun Avropa, AsiyaAmerikada yaşayan üzvləri vasitəsilə multikulturalizmi, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün bərqərar olmasına töhfə verməkdir”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycanın Gənc Dostları KlubunaAuqsburq Universitetinə bu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib və ölkəmizi sevən gəncləri yenidən bir arada görməkdən məmnunluğunu ifadə edərək deyib: “Biz sizin bəziləriniz ilə Azərbaycanda bir neçə dəfə görüşmüşük. Sizin Azərbaycandakı dövlət siyasəti, multikultural ənənələr və tolerantlıq mühiti haqqında əyani təsəvvürləriniz var. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 20-yə yaxın universitetində tədris edilir ki, onlardan biriAuqsburq Universitetidir. Dünyanın multikultural mərkəzlərindən sayılan, konfessiyalar arasında sülh, harmoniya axtaran qədim bir şəhərdə bir araya gəlmənizin Azərbaycan üçün böyük önəmi vardır. Çünki Azərbaycan multikulturalizmi sadəcə özü-özünü təbliğ etməklə kifayətlənə bilməz. Biz sizinlə birlikdə dünyanın multikulturalizm mərkəzlərini öyrənməli, insanların multikultural əhvala verdikləri qiyməti və bu yolda çəkdikləri zəhməti bilməliyik. Əgər bu gün Azərbaycan dünyada multikultural mərkəzlərdən biri kimi tanınırsa, bu, həm də bizim Auqsburqu yaxşı tanıdığımızdan irəli gəlir. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm İlielan etmişdibu günbu xətt dövlət siyasəti olaraq həyata keçirilir. Prezidentin növbəti Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan edilməsi Azərbaycan multikulturalizminin məntiqi davamıdır. İslam həmrəyliyi anlayışı özündə həm islamdaxili həmrəyliyi, həm də İslamla digər konfessiyalar arasında olan harmoniyanı ehtiva edir. Bu harmoniyanı məhz gənclər axtarıb tapmalı və həyata keçirməlidir. Bu mənada dünyanın dörd bir tərəfindən gələn və ölkəmizdən də onlara qatılan bu gənclər Azərbaycan multikulturalizminin varisləridir. Biz dünyamıza yeni nəfəs gətirməliyik. Bu, mərhəmətdir, şəfqətdir, sevgidir, başqasına hörmətdir.

Azərbaycanda multikultural harmoniyanın əsasını ulu öndər Heydər Əliyev qoyub. Onun gəncliklə və multikulturalizm ilə bağlı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır. Bizim 10 may tarixində buraya yığışmağımızın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ulu Öndərin doğum günüdür. Onun xatirəsini belə gözəl bir təşəbbüslə, dərin ehtiramla yad etdiyiniz üçün konfransın təşkilində əməyi olan bütün dostlarımıza təşəkkür edirik. Əgər Azərbaycanı bütövlükdə öyrənmək istəyirsinizsə, bu böyük şəxsiyyətə, onun şərəfli və zəngin ömür yoluna müraciət etmədən bu, mümkün deyil. Düşünürəm ki, bu konfransın təşkili ilə biz Azərbaycanı anlamaqda doğru yoldayıq. Biz Auqsburqda Azərbaycan multikulturalizmini təbliğ etməklə həm də Azərbaycanda Auqsburqu təbliğ edirik. Bu işdə hamınıza uğurlar arzulayıram. Bu konfrans boyu sizi maraqlı görüşlər, təqdimatlar, tarixi, ədəbi və elmi mövzularda məruzələr gözləyir. İnanıram ki, bu konfransdan sonra Auqsburqdan unudulmaz təəssüratlarla ayrılacaqsınız”.

Auqsburq Universitetinin professoru Klaus Volf konfransın müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Salomeya Lukayte bildirib ki, layihəyə Azərbaycanın ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən, o cümlədən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühitbu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplanıb. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümüdür”.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ramin Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin Azərbaycanı dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb.

Açılış nitqlərindən sonra “Heydər Əliyev və Azərbaycan multikulturalizmimövzusunda panel iclası işə başlayıb. Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr NesterovDimitrios Asproulisin moderatorluğu ilə keçirilən iclasda Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun “Heydər Əliyev və Azərbaycan gəncliyimövzusunda məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olan gənc nəslə diqqət və qayğı hazırda da yüksək səviyyədədir, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakı təmin olunur, dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verilir, gənc nəslin əsl vətəndaş kimi formalaşması istiqamətində münbit şərait yaradılır.

BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber rəhbərlik etdiyi filialın fəaliyyəti ilə bağlı məlumat verib. Xanım Birgit Vaysgerber bildirib ki, BBMM-in ilk rəsmi filialı Almaniyanın Drezden şəhərində fəaliyyətə başlayıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının fəaliyyəti multikulturalizm xətti ilə Azərbaycan həqiqətlərinin Avropaya - indiki halda Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından çox əhəmiyyətli hadisədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Heydər Əliyev və tolerantlıq” mövzusunda məruzəsində vurğulayıb ki, Ulu Öndər multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edərək Azərbaycan ərazisində yaşayan etnik azlıqların mədəni və dini dəyərlərinin qorunmasını da demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirirdi: “Tarixən Azərbaycanda İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə etiqad edən insanlar həmişə əmin-amanlıq şəraitində yaşayaraq bir-birinin dini əqidəsinə hörmətlə yanaşıblar. Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb”.

Auqsburq Universitetinin tələbəsi Silke Höqqün “Azərbaycan multikulturalizmi Auqsburqdamövzusunda məruzəsi maraqla qarşılanıb. Almaniyalı tələbə qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir.

İclasda professor Aleksandr Nesterovun Azərbaycan multikulturalizminin XVIII əsrdə siyasi qaynaqları ilə bağlı, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Heydər Əliyev və multikultural dəyərlər”, Estoniyanın Tallin Linnamae Russian Liseyinin tələbəsi İrina KovzanoviçinPrezident İlham Əliyev və Azərbaycan multikulturalizmimövzusunda mühazirələri dinlənilib.

Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova “Dinlərarası harmoniya: lüteranlıq Azərbaycanda” mövzusunda məruzə ilə çıxış edib. İcma rəhbəri Azərbaycanda bütün dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

BBMM-in İsrail filialının rəhbəri, tanınmış politoloq Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimimövzusunda çıxışı beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışlardan sonra panel müzakirələrlə işini davam etdirib.

Günün ikinci yarısında konfrans “Azərbaycanın Gənc Dostları Klubunun təqdimatı” adlı II paneldə öz işini davam etdirib.

Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.

 

Azərbaycan.- 2017.- 11 may.- S.7.