Əbədi
məhəbbətin rəsm təcəssümü
Səbail rayonunda yerləşən
“Sahil bağı”nda ümummilli lider Heydər Əliyevin anadan
olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər
çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə məktəblilər və gənc rəssamların
iştirakı ilə “Heydər Əliyev və Azərbaycan”
mövzusunda rəsm müsabiqəsi keçirilib.
Bayramsayağı bəzədilmiş “Sahil bağı”nda
böyük abadlıq isləri aparılıb, park
başdan-başa yenilənib. Müxtəlif kompozisiyalar
hazırlanıb.
Rayonun orta məktəblərində,
həmçinin Bakı Oksford məktəbində oxuyan və
20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul
olan 200-dən çox məktəbli, 100-dən çox gənc
rəssam ulu öndər Heydər Əliyevin və görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
portretlərini, həmçinin doğma Azərbaycanın
müxtəlif güşələrini, gözəl mənzərə
və gül kompozisiyalarını əks etdirən müxtəlif
rəsmlər çəkiblər.
Parkda gənc rəssamların
mövzuya aid çəkdikləri rəsmlərdən ibarət
sərgi də nümayiş etdirilib.
Bu sərgi qonaqlar və
paytaxt sakinləri tərəfindən böyük maraqla
qarşılanıb.
Azərbaycan Rəssamlar
İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin
və rayon rəsmilərinin iştirakı ilə
yaradılmiş münsiflər heyəti məktəblilərin
rəsmlərinə baxaraq qalibləri müəyyən edib.
Ulu öndər Heydər Əliyevin və görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbli
Səbinə İbrahimova tərəfindən çəkilmiş
rəngli rəsmləri münsiflər heyətinin və sərgi
iştirakçılarının yekdil qərarı ilə
birinci yerə layiq görülüb. Müsabiqənin qalibləri
Səbail RİH-nin fəxri fərmanları və hədiyyələri
ilə, digər iştirakçılar və sərgidə əsərləri
nümayiş etdirilən gənc rəssamlar isə Səbail
RİH sertifikatları ilə mükafatlandırılıblar.
Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, rayonun idarə, təşkilarlarının
rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin
nümayəndələri parkdakı sərgi və
yaradılan gül kompozisiyaları ilə tanış olublar.
E.CƏFƏROV,
Azərbaycan.-
2017.- 11 may.- S. 8.