Azərbaycanlı qəhrəman Fransanın da fəxri oldu
Müharibə qanlı-qadalı bir tarixdir. Bu tarixdə hər qəhrəman öz igidlik salnaməsini yazır.
Göstərdikləri şücaət onları unudulmaz edir. Azərbaycanın qəhrəman oğlu
Fransa Müqavimət Hərəkatının qəhrəmanı
Əhmədiyyə Cəbrayılovun
rəşadətli döyüş
yolu bu gün
də yaddaşlardadır.
Əhmədiyyə Cəbrayılov 1920-ci ildə
Azərbaycanın ən
gözəl guşələrindən
birində - Şəki
rayonunun Oxud kəndində dünyaya göz açıb. Uşaqlıqdan ağlı, düşüncəsi,
fərasəti ilə
tay-tuşlarından seçilib.
1935-ci ildə Şəki Kənd Təsərrüfatı Texnikumuna
daxil olub. Aqronom ixtisasına yiyələnib.
Texnikumu bitirdikdən sonra təyinatla Qubaya, kolxozda işləməyə
göndərilib.
Bir müddət sonra hərbi xidmətə çağırılıb. Nevinnomısk təyyarəçilik məktəbinə
göndərilib. Bir neçə
ay hazırlıq kursu
keçdikdən sonra
kiçik leytenant rütbəsi alıb.
Artıq
hərbi xidmətinin bitməsinə sayılı
günlər qalırmış.
Ancaq İkinci Dünya müharibəsinin başlaması
xəbəri onun vətənə gedən yoluna sədd çəkir. Müharibə illərində doğmaları
yalnız onun intizarını çəkmədilər.
Cəbrayılovlar ailəsindən cəbhəyə
5 nəfər - Paşa,
Abdulsalam, Məmmədiyyə,
Məmmədsadıq və
Əhmədiyyə yollanmışdı.
Onlardan ikisi sağ qaldı.
Qanlı-qadalı müharibənin sərt üzünü gördü,
ölüm qoxusunu dönə-dönə hiss etdi
gənc Əhmədiyyə. Bir gün
Xarkovdan 200 kilometr aralıda yerləşən,
olduqca mühüm strateji mövqeyə malik olan bir
şəhərə göndərilmişdi.
Şəhər üç dəfə
almanlar tərəfindən
işğal olunsa da, sovet ordusu
onu geri qaytara bilmişdi. 1942-ci ilin aprelində
isə tapşırığa
əsasən, Ukraynanın
Donbas şəhərinə yollanmış və
350-ci alayda siyasi rəhbər köməkçisi
təyin edilmişdi.
Alayın tərkibində Ukraynanın
Barvinki-Lozovaya-İzyum rayonu
ətrafındakı döyüşlərdə
vuruşmuşdu. Fərqləndiyinə görə baş leytenant rütbəsi almışdı.
Həmin ilin aprel-may aylarında Ukraynada ağır döyüşlərdə
iştirak edib. Əməliyyat zamanı təyyarəsi
Kursk ətrafındakı döyüşlərdə
vurulmuşdu. Əhmədiyyə Cəbrayılov İzyum çayı yaxınlığında
ağır yaralı vəziyyətdə almanlara
əsir düşmüşdü,
Barbinka və Lvovdakı həbs düşərgələrinə göndərilmişdi. Onu yoldaşları
ilə birlikdə vaqonlara mindirib əvvəlcə Polşaya,
sonra Almaniyaya aparıblar. Əsirlərin sayı həddən artıq çox olub. Ona görə onların
bir hissəsini Fransaya göndəriblər.
Əsirlik həyatının məşəqqətli
günlərini yaşayıb. Bir qrup əsirlə 1943-cü ildə
Dahau ölüm düşərgəsinə aparılıb.
Onları qaz kamerasına
salıblar. Bir müddət
sonra qarovulçular kameranın qapısını
açıblar. Əsirlərdən bircə nəfər sağ qalıb. O, Əhmədiyyə Cəbrayılov
olub. 1943-cü ilin sonunda göndərildiyi
Rodezdəki Bürlup kazarmasında vərəm
xəstəliyinə yoluxub.
Ölümlə yenə üz-üzəydi.
Ancaq görünür tale onu unutmamışdı. Gözəl bir
insanla rastlaşmışdı.
Bu, gestaponun xadiməsi
işləyən Janna adlı
yunan qadını idi. Müharibə Jannaya da çox faciələr yaşatmışdı. Həyat yoldaşını
və oğlunu faşistlər asmışdı.
Bədbəxt qadın qızı
ilə birgə baş götürüb Fransaya qaçmışdı.
Əhmədiyyəni vəfat etmiş
oğluna bənzədən
Janna ona əlindən
gəldiyi qədər
kömək etmişdi.
Təmizlik işi apararkən
gizlicə çörək
də gətirib ki, Əhmədiyyə sağ qalsın.
Bir gün gestapoda onu yenə vəhşicəsinə
döyüblər. Öldüyünü güman edib zirzəmiyə atıblar.
Janna Əhmədiyyənin hələ sağ olduğunu görüb.
Faşistlər onu basdırmaq
istəyiblər. Janna əsirin oğluna oxşadığını söyləyib
və onu öz adəti ilə dəfn etmək üçün gestapodan izn istəyib. Bir gün qabaq
qazdırdığı məzarda
hava keçməsi üçün yer qoyub. Səhəri gün alman
zabitlərinin müşayiəti
ilə Əhmədiyyə
dəfn edilib. Jannanın planını başa düşməyiblər. Tabutun aralı
olduğunun fərqinə
varmasalar da, əsirin öldüyünə
əmin olmaq üçün ona atəş açıblar.
Bu dəfə də taleyi ondan birdəfəlik üz çevirməyib, güllə Əhmədiyyənin
ayağına dəyib.
Janna alman
əsgərləri gedənədək
gözləyib. Sonra Əhmədiyyəni məzardan çıxarıb
evindəki zirzəmiyə
aparıb. Gənc döyüşçüyə
qayğı göstərib.
Əhmədiyyə tezliklə sağalıb.
Faşistlərdən qisas almaq üçün yenidən
döyüş meydanlarına
qayıtmaq üçün
planlar qurub. Əvvəlcə fransız dilini
öyrənib. Partizan hərəkatına
qoşulub. Əhmədiyyə Cəbrayılova “Xarqo” ləqəbi verilib.
1944-cü ilin
22 mayında Kaberta partizan dəstəsinə,
sonra Düma ləqəbli kapitan Delplankın gizli ordusuna qoşulub. İlk vaxtlar
partizanlar Əhmədiyyə
Cəbrayılova o qədər
də etibar etmir, öz aralarına buraxmaq istəmirdilər. Onu sınamaq
üçün bir neçə dəfə kəşfiyyata yolladılar.
Əməliyyatlardan uğurla döndü.
Həmin
dəstənin tərkibində
Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə
iştirak etdi. Artıq Əhmədiyyə partizanların
inamını qazanmış,
onların sevimlisinə
çevrilmişdi.
Partizan Xarqonun dəstəsinə
ən çətin, mühüm tapşırıqlar
verilirdi. Onların bəzisi almanların
hücum planını
öyrənmək məqsədi
daşıyırdı. Kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün çox zaman tanınmasın deyə görkəmini, qiyafəsini, adını dəyişməli olurdu.
O, “Armed Mişel”, “Fraji”,
“Xarqo” və digər adlarla Fransanın azadlığı
uğrunda döyüşlərin
iştirakçısı oldu.
Alman faşistləri Əhmədiyyə
Cəbrayılovun başına
10 min alman markası məbləğində mükafat
təyin etdilər.
Bir dəfə də Almaniyaya əsir aparılanların ailələrini
xilas etmək tapşırığı aldılar. Əməliyyat zamanı faşistlər məsələni anladılar.
Atışma başladı. Yaralanmış Əhmədiyyə yoldaşlarının köməyi
ilə qaçsa da, çox uzağa gedə bilmədi. Huşsuz vəziyyətdə səhərədək dəmir
yolu ilə şose yolun arasında qaldı. Gündüz
saat 3-də maşınla
yoldan keçən
general Javerin onu gördü. Maşını saxlatdırdı. Oberleytenant formalı
zabitin üstündə
sənəd yox idi. Onun alman zabiti olduğunu güman etdilər. Maşına qoyub hospitala
gətirdilər. General həkimlərə nəyin bahasına olursa-olsun onu sağaltmalarını əmr
etdi. Alman faşistləri özləri
də bilmədən hər yerdə axtardıqları partizan Xarqonu həyata qaytardılar.
Əhmədiyyə sağaldıqdan sonra özünü “ober-leytenant
Hofman” kimi təqdim etdi. General Javer onu öz
yanında işə götürdü. Daha sonra
o, Albi şəhər
komendantı təyin olundu. Həmin günlərdə düşərgədən qaçmalarına
imkan yaratdığı
əsirlərin arasında
həmyerliləri də
var idi.
Əsirlikdən xilas etdikləri yerlərdə bu müəmmalı qəhrəman
haqqında danışırdılar. Onun kimliyini
öyrənmək üçün
kəşfiyyata çıxan
əsgər qarşısında
partizan Xarqonu görəndə heyrətləndi.
Yoldaşları ölmüş bildiklər
Əhmədiyyənin sağ
olduğunu eşidəndə
çox sevindilər.
Döyüş yolu uzanırdı. 1944-cü ilin
17 avqustunda Montobanın
18-ci kilometrliyində yerləşən
“La Tangin” adlı yerdə, Kossad və Realvil arasında gedən vuruşmalarda 6-cı briqada
tərkibində vuruşdu.
Avqustun
19-da Montoban azad olundu.
Əməliyyatların birində qəhrəman “Mixaylo” - Mehdi Hüseynzadə ilə görüşüb.
Əhmədiyyə Cəbrayılov partizan dəstəsi tərkibində
Paris şəhərinin azad
olunmasında da iştirak etdi. Həmin
gün general Şarl
de Qolla tanış
olur.
1944-cü ilin
28 avqustunda Əhmədiyyə
Montobanda yaradılan
3-cü briqadaya daxil olaraq Vozj və
Alzasdakı döyüşlərdə
iştirak etdi. 1945-ci ilin 13 martında Montoban şəhər bələdiyyə idarəsinin
başçısı Trankunun
təsdiqlədiyi sənəddə
onun Fransa müqavimət hərəkatında
fəal iştirak etdiyi göstərilib.
Müharibə başa çatdı. Armed Mişel kimi tanınan Əhmədiyyə də bir çoxları kimi əsl qəhrəmana çevrildi. Haqqında minnətdarlıqla, sevgi ilə danışırdılar. Çoxları Əhmədiyyənin onun ölkəsinin vətəndaşı olmasını arzulayırdı. Şarl de Qoll da dəfələrlə Armed Mişelə Fransada qalıb yaşamağı, Amerika səfırliyi isə ona ABŞ vətəndaşı olmağı təklif etdi. Hərbi şücaətləri layiqincə qiymətləndirildi. Fransanın Milli Qəhrəmanı adına layiq görülən Əhmədiyyə Cəbrayılov hamının qəlbini fəth etdi. O, həm də “Fəxri legion” ordeni ilə təltif olundu. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaqda getmək hüququ verirdi.
Vətən sevgisi qəlbində elə yer tutmuşdu ki, başqa ölkədə yaşaya bilməzdi. Şəkinin, orda qalan doğmalarının həsrəti Əhmədiyyə Cəbrayılovu rahat buraxmırdı. 1946-cı ilin 25 noyabrında, nəhayət, arzusuna çatdı. Fransa prezidenti Şarl de Qollun köməyi ilə vətənə döndü.
Burada “KQB”çilər onu rahat buraxmadılar. Moskvada yoxlama zamanı mükafatlarının bir hissəsini əlindən aldılar. Onu hətta “vətən xaini” adlandırdılar.
1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfər etdi. Keçmiş dostu ilə Moskvada görüşən Əhmədiyyə bundan sonra Sovetlər İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanındı.
Həyatı axarına düşdü. 1947-ci ildə ailə qurmuşdu. Yeddi uşaq atası idi. 1970-ci ildə Şəki rayonu N.Nərimanov adına kolxozda baş aqronom kimi işə başladı. Əməkdə fərqləndiyinə görə 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görüldü.
II Dünya müharibəsinin əfsanəvi qərhəmanı Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu unudulmadı. 1986-cı ildə o, 5 fransız mükafatına - “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı medalı”, “İgidliyə görə medal”, “Yaralanmağa görə medal”a layiq görüldü.
1994-cü il oktyabrın 10-da Əhmədiyyə Cəbrayılov Şəkidə yol-nəqliyyat qəzasında dünyasını dəyişdi.
Cəbrayılovlar ailəsi Dağlıq Qarabağ müharibəsinə də bir rəşadət səhifəsi yazdılar. Əhmədiyyə Cəbrayılovun oğlu, polis leytenantı Mikayıl ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşdu. 1992-ci ildə şəhid oldu. Mikayıl Əhmədiyyə oğlu Cəbrayılova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Rafiq HÜSEYNOV,
texnika elmləri doktoru, professor,
“Şəki
ziyalıları” Xeyriyyə Cəmiyyətinin sədri
Azərbaycan.-
2017.-11 may.- S.15.