Erməni yalanlarını alt-üst
edən əsər
Professor Musa Qasımlının kitabı
Ankarada təkrar nəşr edilib
Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının
“Erməni sorunu və böyük dövlətlər.1724-1920
(Ankara, Astana yayınları, 2017, 480 səh.)” əsəri Ankarada yerləşən məşhur “Astana yayınları”
tərəfindən min nüsxə
turajla nəşr edilib.
Azərbaycan, Rusiya, Gürcüstan,
ABŞ, Böyük Britaniya
və Türkiyənin ən mötəbər arxiv materialları, sənədli,
o cümlədən rus
dilli erməni mənbələri və müxtəlif dillərdə
nəşr edilmiş
ədəbiyyat əsasında
yazılmış monoqrafiyada
məlum dövlətlər
tərəfindən “Şərq
məsələsi”nin tərkib
hissəsi kimi uydurma “erməni məsələsi”nin quraşdırılması,
həlli üçün
atılan addımlar, qarışıq dövrlərdə
erməni siyasi-terror təşkilatlarının Anadoluda və Cənubi Qafqazdakı qanlı fəaliyyətləri və
onun ağır nəticələri, törətdikləri
kütləvi qırğınlar,
daşnak Ermənistanın
mülki türk, müsəlman əhaliyə
qarşı törətdiyi
soyqırımıları, böyük dövlətlərin
siyasəti və s. məsələlər araşdırılmışdır.
Əsərdə “erməni
soyqırımı” deyilən
bir məsələnin
siyasi məqsədlər
üçün uydurulduğu
tarixi mənbələr
əsasında bir daha sübut edilib.
Tarixçi, siyasətçi və diplomatlar üçün
nəzərdə tutulan
əsərdə istifadə
edilən mənbələrin
əksəriyyəti elmi
dövriyyəyə ilk dəfə
gətirilib.
Qeyd etmək lazımdır ki, M.Qasımlının bu əsəri əvvəllər Bakı,
Moskva və Ankarada Azərbaycan, rus, ingilis və
türk dillərində
nəşr edilmişdi.
“Astana yayınları”
elmi, siyasi və diplomatik dairələrin ehtiyacını
nəzərə alaraq,
hələ 2015-ci ildə
“İpək Universiteti”
nəşriyyatında çap
olunmuş kitabı yenidən tirajlayıb.
Əsərin elmi redaktoru
görkəmli türk
tarixçisi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin
Tarix İnstitutunun direktoru, professor Kamal Çiçəkdir.
Azərbaycan.- 2017.-11 may.- S.16.