Bakı şəhərində
keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan
Respublikasının idmançıları və onların məşqçiləri
üçün ən yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.
birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə
50 min manat;
1.2. ikinci
yeri tutan hər bir idmançıya
50 min manat, onun şəxsi məşqçisinə 25
min manat;
1.3. üçüncü yeri tutan hər
bir idmançıya 30 min manat,
onun şəxsi məşqçisinə 15 min manat.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 may 2017-ci
il