12 min polis, 642 videomüşahidə və
tam təhlükəsizlik...
IV İslam Həmrəyliyi Oyunlarına rəsmən bu gün start verilsə də, bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb.
Ona görə ayrı-ayrı
ölkələrin idmançıları,
xarici nümayəndə
heyətləri xeyli vaxtdır ki, Bakıdadırlar. Oyunların hazırlıq
işləri də həftələr öncə
yekunlaşıb. Birinci vitse-prezident
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün işləri vaxtından əvvəl yerinə yetirib. İndi qarşıda dayanan əsas vəzifə yarışların keçirilməsidir.
Hər bir beynəlxalq tədbir zamanı əsas təşkilati məsələlərdən
biri də təhlükəsizliyin təmin
olunmasıdır. Azərbaycanın isə sabitliyin
etibarlı təminatıçısı,
ictimai asayişin qorunması baxımından
bölgədə və
dünyada ən yaxşı göstəricilərə
malik ölkələrdən
biri olması hər birimizdə qürur və fəxarət hissi doğurur. Ölkəmiz son illər keçdiyi
sosial-iqtisadi inkişaf
yolu ilə yanaşı, həm də cəmiyyətdə
asayişin, əmin-amanlığın
qorunması sahəsində
də dünyada öncüllər sırasındadır.
İndiyədək Azərbaycanda onlarla beynəlxalq tədbirin keçirilməsinin əsas
səbəblərindən biri
də ölkəmizdə
ictimai-siyasi sabitliyin, əmin-amanlığın və
yüksək təhlükəsizliyin
mövcud olmasıdır. İstər “Eurovision” mahnı yarışması,
istərsə də I
Avropa Oyunları göstərdi ki, Azərbaycanda istənilən
kütləvi tədbirin
keçirilməsi üçün
heç bir təhlükə yoxdur.
Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarında
da təhlükəsizliyin
təmin olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Aprelin
21-də Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov bildirib
ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə
başlanılıb. Dövlət başçısının qarşıya
qoyduğu vəzifələrin
tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə
xüsusi tədbirlər
planı təsdiqlənərək
icraya yönəldilib.
Oyunlar ərəfəsində
və dövründə
asayişin və təhlükəsizliyin təmin
olunmasına cəlb ediləcək daxili işlər orqanlarının
fəaliyyətinin koordinasiyası
məqsədilə 2017-ci ilin
yanvar ayında Əməliyyat Qərargahı,
habelə 30 yarış
və qeyri-yarış
obyektini əhatə edən 15 köməkçi
qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli
beynəlxalq tədbirə
cəlb ediləcək
şəxsi heyətin
sayı 12 min nəfər
olacaq.
Asayişin qorunmasında iştirak edəcək əməkdaşların
professional hazırlığının, o
cümlədən etik
davranış səviyyəsinin
daha da yüksəldilməsi,
əcnəbilərlə rahat
ünsiyyət qurmaq bacarığına yiyələnməsi
məqsədilə onlar
üçün xüsusi
treninqlər təşkil
edilib.
Cari ilin mart
və aprel aylarında təhlükəsizlik
qüvvələrinin və
vasitələrinin oyunların
keçiriləcəyi obyektlərdə
perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr
konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi
heyətə vəzifələri
izah edilib, köməkçi qərargahların
təlim-məşqləri keçirilib.
Yol hərəkətinin
təhlükəsizliyi və
yüksəksəviyyəli nümayəndə heyətlərinin
müşayiəti üzrə
görüləcək digər
işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda
duran vəzifələrin
icrası yol-patrul xidmətinin 1200 əməkdaşı
tərəfindən xüsusi
təyinatlı 400 avtomobillə
təmin ediləcək.
Yol hərəkətinin
təşkili üzrə
fəaliyyət çərçivəsində
paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə
və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb
olunan nəqliyyat vasitələrini idarə
edəcək şəxslərin
seçiminə də
xüsusi diqqət yetirilib, peşəkarlıq
səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü
seçimdən kənarlaşdırılıb,
habelə namizədliyi
təsdiqlənmiş sürücülər
üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.
İctimai asayişə nəzarətin
fasiləsiz həyata keçirilməsi məqsədilə
hazırda yarış
və qeyri-yarış
obyektləri ətrafında
214 nöqtədə 642 videomüşahidə
kamerasından istifadə
edilir. Ümumilikdə bu gün respublikada “Təhlükəsiz
şəhər” sisteminin
3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən
daha 100 min videomüşahidə
kamerası fəaliyyət
göstərir.
I Avropa Oyunları ərəfəsində alınmış
3000 radiostansiya, 1000 metal detektor,
700 planşet, 500 bort-kompüter,
300 videoqeydiyyat qurğusu
və 330 “IPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı
837 xidməti avtomobil
IV İslam Həmrəyliyi
Oyunları zamanı istifadə ediləcək.
Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik
tədbirlərini ayrı-ayrı
dövlət orqanları
əlaqələndirilmiş şəkildə həyata
keçirəcək. Əvvəlki beynəlxalq tədbirlərdə
olduğu kimi, Azərbaycanın təhlükəsizlik
strukturları tərəfindən
IV İslam Həmrəyliyi
Oyunlarının da təhlükəsizliyi yüksək
səviyyədə təmin
ediləcək.
Bu gün ətraf
bölgələrdə xoşagəlməz
hadisələr baş
verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə
də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir.
Azərbaycanın isə təhlükəsizliyin
və ictimai asayişin təmin olunması baxımından
nəinki regionun, eləcə də dünyanın nümunəvi
ölkələrindən biri
olması qürurvericidir.
Aidiyyəti strukturlarımız dövlətin təhlükəsizliyinə,
onun milli maraqlarına, mənafelərinə
mümkün təhdidlərin
qarşısının alınması
üçün bütün
zəruri qabaqlayıcı
tədbirləri ən
yüksək səviyyədə
həyata keçirirlər.
İstənilən çirkin məqsədin
qarşısını almaq
üçün ölkəmiz
kifayət qədər
imkanlara və önləyici tədbirlərə
malikdir. Ən əsası,
Azərbaycan dövlətinin
gücü istənilən
növ təhdidin qarşısının alınmasına
ən yüksək səviyyədə imkan verir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2017.- 12 may.- S. 8.