383 min kvadratmetr sahə, 13 bina, 1042 mənzil...

 

İslamiadanın qonaq evi olan Atletlər kəndində idmançılar üçün  komfort şərait yaradılıb

 

Tikintisinə bir neçə il əvvəl başlanılan 2014-cü ilin sonlarında istifadəyə tam hazır olan Atletlər kəndi “Bakı-2015” I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi. Atletlər onlarla birgə Bakıya təşrif buyurmuş komanda heyəti xüsusi qonaqpərvərliklə məhz burada məskunlaşdı. Formal olaraq kənd deyilsə , buranı kiçik şəhərcik adlandırmaq olar.

Şəhərcik Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, müxtəlif istiqamətlərə nəqliyyatın gediş-gəlişinin rahat olduğu ərazidə - “Koroğlumetrostansiyasının yanında yerləşir. I Avropa Oyunları zamanı sınaqdan uğurla çıxan Atletlər kəndi bu dəfə İslam ölkələrinin idmançılarını qonaq edəcək. Bu gün start veriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları artıq kənddə məskunlaşdırılıb. Burada “Bakı-2015”də olduğu kimi, “Bakı-2017”də atletlər istirahəti, məşqi əyləncəsi üçün hər cür şərait yaradılıb.

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə Atletlər Kəndinə artıq ənənə halını alan mediaturlar təşkil edilib. Bu turlar çərçivəsində yerli əcnəbi jurnalistlər kənddə yaradılan şəraitlə tanış olub, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Kənddə gəzinti zamanı kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə bildirildi ki, Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Burada 10-15 mərtəbəli 13 binada hər biri 3-5 yataq otağından ibarət ümumilikdə 1042 mənzil var. Buna əsasən demək olar ki, bir mənzildə minimum 6, maksimum 10 atlet qala bilər. Hazırda isə 3 minədək atlet rəsmi şəxsin qalması üçün hərtərəfli şərait yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi mövcuddur. Bu sahələrdə oyunların translyasiyasını televiziya ilə izləmək pulsuz internetə çıxış da mümkündür. Kənddə hər binada ayrıca camaşırxana da fəaliyyət göstərir.

Jurnalistlər Oyunlar zamanı istifadə ediləcək tibbi mərkəzdə, həmçinin yeməkxanada, inzibati binada digər yerlərdə yaradılan şəraitlə tanış oldular.  Məlum oldu ki, idmançıların komanda rəsmilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. Oyunlar zamanı atletləri qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün kənddə avtobus dayanacağı var. Kəndin Mərkəzi meydanı orada məskunlaşan rəsmi texniki şəxslərin, eləcə idmançıların yaxınları ilə görüşləri üçün nəzərdə tutulub. Bayraq meydanı isə rəsmi tədbirlərin təşkili üçündür.

Yeməkxanada idmançılara müxtəlif ölkələrin təamları, əsasən dünya mətbəxi təklif olunur. Burada eyni vaxtda 2 mindən çox atletə yüksək səviyyədə xidmət göstərmək mümkündür. Eyni zamanda təqdim olunan qidaların hər biri “HALAL” sertifikatlıdır. Bundan başqa, əsas yeməkxanada insanlara seçim imkanları da verilib. Belə ki, qidalar növlərinə görə ayrı-ayrı sektorlara bölünüb hər bir növün adı yuxarı hissədə xüsusi lövhəciklərdə əks olunub. Müxtəlif mətbəxlərə aid olan yeməklər yerli əcnəbi aşpazlar tərəfindən hazırlanır. Bütün qida məhsullarının içkilərin yanında onların tərkibi ilə bağlı məlumat lövhələri yerləşdirilib.

Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri yarışlar zamanı idmançılara məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə kənddə xüsusi poliklinika fəaliyyət göstərir. Poliklinikada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, laboratoriya, rentgen, fizioterapiya, əczaxana, stomatologiya, kardiologiya, buz vannaları başqa tibbi xidmət sahələri mövcuddur. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərir. Eyni zamanda günün 24 saatı təcili yardım xidmətindən yararlanmaq mümkündür. Poliklinikada dopinq nəzarəti mərkəzi mövcuddur. İdmançıların daha ağır zədələnmələr cərrahiyyə əməliyyatlarına ehtiyac yarandığı təqdirdə paytaxtda yerləşən digər müalicə müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulub.

Kompleksdə məskunlaşan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əyləncə mərkəzləri fəaliyyət göstərir. Burada iki - super adi əyləncə mərkəzi yaradılıb. Superəyləncə mərkəzində müxtəlif oyun zalları, stolüstü oyunlar üçün şərait mövcuddur. Burada kafe fəaliyyət göstərir. Adi istirahət mərkəzlərində sadəcə olaraq wi-fi, televiziya kanalları kompüter oyunlarından istifadə etmək mümkündür.

Atletlər kəndindəki şərait dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkili üçün zəruri infrastrukturun yaradılmasının mühüm göstəricisidir. Görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə əminlik yaradır.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 12 may.- S. 10.