Gennadi Burbulis: “Heydər Əliyev humanist qərarları
ilə dünya siyasətinə müdriklik gətirib”
Heydər Əliyev həm böyük siyasi və dövlət xadimi, həm də humanist bir insan kimi insanların məhəbbətini qazanıb. O, humanist qərarları ilə dünya siyasətinə müdriklik gətirib.
Bu fikirləri AZƏRTAC-a
müsahibəsində Rusiya
Federasiyasının sabiq dövlət katibi, 2010-cu ildən Moskva
Beynəlxalq Universitetinin politosofiya
və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Burbulis bildirib. O, Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşərək
deyib: “Hər dəfə Heydər
Əliyevlə ünsiyyətdə olduğum
zaman bir daha görürdüm ki, insanların rifahı, xalqların dostluğu, tərəqqi və inkişaf onun üçün həyat amalıdır. Heydər
Əliyev öz xalqını hər zaman uca tutmaqla
bərabər, xalqlar və millətlər
arasında dostluğa,
qardaşlığa da bir
o qədər önəm verirdi.
Mən həmişə qürur duyuram ki, Heydər
Əliyevi tanımışam, onunla
ünsiyyətdə olmuşam. Biz Azərbaycan-Rusiya münasibətlərinə
dair çox mühüm məsələləri birgə
müzakirə etmişik”.