Astarada Bilik Evi açıldı

 

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin açılışı olub. Rayonun Gənclər Evində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, rayon gənclər idman idarəsinin rəisi Ərçə Əliyev, icra hakimiyyətinin, fondun əməkdaşları, yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.

Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova  qeyd edib ki, bu günə qədər Astara sakinlərinin iştirakı ilə fondun həyata keçirdiyi layihələr Bilik Evinin fəaliyyəti ilə daha da şaxələnəcək, intensivliyi effektivliyi artacaq.

Astara Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev astaralıların oxumağa, öyrənməyə böyük üstünlük verdiklərini diqqətə çatdıraraq, fondun layihələrinə rayon ziyalılarının dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bilik Fondunun icraçı direktoru O.Səmədov növbəti Bilik Evinin Astarada açılmasına şərait yaratdıqları üçün rayon rəhbərliyinə təşəkkürünü bildirib. Paytaxtda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi ilə Astara Bilik Evinin fəaliyyətə başladığı günün eyni tarixə təsadüf etdiyini vurğulayan icraçı direktor multikultural rəngarəngliyi ilə fərqlənən bölgədə bütün əhalini bilik ətrafında həmrəyliyə səsləyib. O.Səmədov bildirib ki, Astara Bilik Evi fəaliyyətini əhalinin təklifləri üzərində quracaq layihələrində bölgənin xüsusiyyətləri yerli əhalinin maraqlarını nəzərə alacaq.

Proqrama uyğun olaraq Astara Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Sənədə əsasən, dövlətin daxili xarici siyasətinin, ölkədə aparılan quruculuq işlərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəzdə qonaqları ümummilli liderin həyat yolunu fəaliyyətini əks etdirən muzeylə tanış edən direktor Kübra Səmədova Bilik Fondu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirərək, birgə tədbirlərin bölgə əhalisinin maarifləndirilməsinə böyük töhfə verəcəyini deyib.

Fondun icraçı direktoru O.Səmədov rayon əhalisini, o cümlədən ətraf bölgə sakinlərini protokolda əksini tapan istiqamətlər üzrə daha intensiv əməkdaşlığa dəvət edib. İcraçı direktor IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə açılışı olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilinə diqqət çəkərək, bu yarışların nəinki İslam dünyasının bütövləşməsinə, o cümlədən insanların bəşəriyyət naminə bir araya gəlməsinə böyük təkan olacağını vurğulayıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova rayon rəhbərliyi adından Bilik Fondu ilə Heydər Əliyev Mərkəzinin birgə fəaliyyətlərinə uğurlar diləyib, layihələrə dəstək verməyə hazır olduqlarını söyləyib.

Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov rəhbərlik etdiyi təhsil ocağının kollektivinin Bilik Evinin layihələrində yaxından iştirak edəcəyini bildirib.

Rayonda Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərənƏdəbi yaradıcılıqkursunun rəhbəri Mehman Qaraxanoğlu gənclərin ictimai-siyasi, sosial-iqtisadi elmi-mədəni sahələrdə maarifləndirilməsində fondun layihələrini yüksək qiymətləndirib.

Artıq Bilik fondunun Qax, Oğuz, İsmayıllı, Tərtər, Şəmkir, Nardaran Astarada Bilik evləri fəaliyyət göstərir.

 

Azərbaycan.- 2017.- 13 may.- S. 8.