Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 594; 2003, ¹ 2, maddə 81; 2005, ¹ 3, maddə 160; 2007, ¹ 8, maddə 769; 2010, ¹ 2, maddə 80; 2011, ¹ 7, maddələr 637, 641; 2014, ¹ 2, maddə 112; 2016, ¹ 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə birinci haldaNeft” sözündən əvvəl “Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.”.

3. 3.3.4-cü yarımbəndə “smetası,” sözündən sonraxarici valyuta məzənnələrinin dəyişkənliyi,” sözləri əlavə edilsin.

4. 6.1-ci bəndə aşağıdakı məzmunda ikinciüçüncü cümlələr əlavə edilsin:

Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyutamanatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 14 may.- S. 6.