“Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 1, maddə 33) aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
“3-1. “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2017-ci il