2017-ci ildə Azərbaycan Respublikası
Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı)
və investisiya siyasəti
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.1. Qaçqınların və
məcburi köçkünlərin
sosial-məişət və
məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının
2017-ci il dövlət büdcəsinə
transfert;
1.3. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Mərkəzi
Bankına transfert;
1.4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.6.
2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi;
1.7. Cənub Qaz Dəhlizi layihələrində
Azərbaycan Respublikasının
iştirak payının
maliyyələşdirilməsi.
2. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun investisiya siyasəti
2.1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun investisiya siyasətinin məqsədi
2017-ci ildə Azərbaycan
Respublikasının Dövlət
Neft Fondu (bundan sonra - Neft Fondu) əsas
kapitalın itirilməsi
riskinin aşağı
olması şərtilə
maksimum gəlirliliyin əldə edilməsinə
imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Neft Fondunun investisiya
portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2017-ci il üzrə Neft Fondunun investisiya
portfelinin proqnozlaşdırılan
məcmu dəyəri
(ortaçəkili həcmi)
51,24 milyard manata bərabər götürülür.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən
edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin
beynəlxalq kredit agentlikləri tərəfindən
verilmiş kredit reytinqi “A” (Standart ənd Purz, Fiç) və ya “A2” (Mudiz) dərəcəsindən aşağı
olmayan ölkələrin
valyutalarında ifadə
olunan aktivlərdə
olması şərtilə
məcmu dəyərinin:
1. 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
2. 35 faizi avroda ifadə
olunan aktivlərə;
3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
4. qalan 10 faizi
isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin alt portfelləri
Neft Fondunun investisiya portfeli aşağıdakı
alt portfellərdən (bundan
sonra - portfel) ibarətdir:
1. borc öhdəlikləri
və pul bazarları alətləri
portfeli - aşağı
uzaqlaşma intervalı
maksimum 5 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 60 faizi (maksimum 5 faizə qədəri kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya edən pay fondları olmaqla);
2. səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə investisiya
edən pay fondları
olmaqla);
3. daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla investisiya
portfelinin məcmu dəyərinin 10 faizə
qədəri;
4. qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
1. Neft Fondunun borc öhdəlikləri və pul bazarları
alətləri portfelinin
idarə edilməsinin
hədəf gəlirliliyi
(bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən
müvafiq valyuta (avro istisna olmaqla)
üzrə dərc edilmiş 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür.
2. Neft Fondunun borc öhdəlikləri və pul bazarları
alətləri portfelinin
avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi
(bençmark) kimi 6 aylıq EURİBOR faiz dərəcəsi əsas
götürülür.
3. LIBOR dərəcəsi mövcud
olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış
faiz dərəcələri
əsas götürülə
bilər.
4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
Stock Market Indexes əsas götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Neft Fondunun borc öhdəlikləri və pul bazarları
alətləri portfelinin
faktiki ortaçəkili
investisiya müddəti
(durasiyası) dünya
bazarındakı cari vəziyyətdən asılı
olaraq fond tərəfindən
müəyyən edilir
və 48 aydan artıq olmamalıdır.
2.3.2. Kredit riski
1. Neft Fondunun valyuta
vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin
səkkizinci yarımbəndində
nəzərdə tutulmuş
qeyri-investisiya reytinqinə
malik borc öhdəlikləri və
təsisatlardakı depozitlər
üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddi üzrə tələblər
Azərbaycan Respublikası
Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə
həyata keçirilən
investisiya qoyuluşları
nəticəsində Neft
Fondunun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.
2. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya
aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15
faizi həddində müəyyən edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi fondun büdcə xərcləri
üzrə planlaşdırılan
pul və digər köçürmələrinin
tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə olmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi yüksək
likvidliyə malik qısamüddətli pul bazarları alətlərində
saxlanmalıdır. Bu vəsaitin
göstərilən məbləğdən
az olması
halı 7 iş günündən çox
davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas
təsisçisinin kredit
reytinqi beynəlxalq kredit agentliklərinin (Standart ənd Purz, Fiç və ya Mudiz)
investisiya dərəcəli
kredit reytinqindən aşağı olmamalı
və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət
təcrübəsi, yaxud
dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az
olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
2. Xarici menecerlərə idarəetməyə verilən
vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən,
bir xarici menecerə idarəetməyə
verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun
RAMP proqramı çərçivəsində
Dünya Bankının
xəzinədarlığına idarəetməyə verilən
vəsaitinin həcmi
500 milyon ABŞ dollarından
artıq olmamalıdır.
3. Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin səlahiyyətləri
və idarəetməyə
verilmə müddəti
Neft Fondu ilə bu menecerlər
arasında bağlanan
sazişdə əks etdirilməlidir.