Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 11, maddə 795; 2004, ¹ 1, maddə 19; 2007, ¹ 8, maddə 765; 2008, ¹ 3, maddə 168,

¹ 8, maddə 722; 2010, ¹ 8, maddə 718, ¹ 9, maddə 770; 2011, ¹ 5, maddə 378; 2015, ¹ 5, maddə 514, ¹ 9, maddə 976; 2017, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1.birinci abzasdaMilli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

1.2.dördüncü abzasda “və Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “, Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. 12-ci hissə üzrə:

2.1.birinci abzasda “və Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

2.2.ikinci abzasda “və Milli Təhlükəsizlik Nazirliyi” sözləri “, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 14 may.- S. 7.