“Azərbaycan
Respublikası vətəndaşının yeni
nəsil şəxsiyyət vəsiqəsinin və 15
yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 30 oktyabr tarixli 669 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 477-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 669 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 12, maddə 2080) 5-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2017-ci il
Azərbaycan.- 2017.- 14 may.- S. 7.