1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişiklik və əlavələrin edilməsi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  qərara alır:

1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişiklik və əlavələrin edilməsi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-cü il dekabrın 15-də və 2016-cı il sentyabrın 27-də həyata keçirilmiş Notalar Mübadiləsi təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 18 may.- S.10.