“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

        

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276; 2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə 81, ¹ 10, maddə 1159, ¹ 11, maddə 1361; 2015, ¹ 11, maddə 1294; 2016, ¹ 3, maddə 413) 4.0.7-ci və 6.1.1-ci maddələrinə “fondları” sözündən sonra “və bu fondların idarəçiləri” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti                                

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 18 may.- S.10.