Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 253; 2005, ¹ 4, maddə 299; 2008, ¹ 6, maddə 496; 2011, ¹ 7, maddə 655; 2013, ¹ 6, maddə 684) ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.8-ci bənddə “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
2. 6.8-1-ci bənd ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 may 2017-ci
il
Azərbaycan.- 2017.- 18 may.- S.10.