Azərbaycan voleybolunun daha bir möhtəşəm uğuru
Ölkəmizdə bütün idman növlərində olduğu
kimi, voleybola göstərilən qayğı
da parlaq nailiyyətlərlə nəticələnir. Müstəqillik dövründə yığma
komandamız və klublarımız səviyyəsində
beynəlxalq arenada qazanılan bir çox qələbələrə
IV İslam Həmrəyliyi
Oyunlarındakı uğurumuz
əlavə olunmuşdur.
Dünən “Bakı Kristal Zal”da İslamiada çərçivəsində
keçirilən qadın
voleybolçuların həlledici
qarşılaşmasında Azərbaycan millisi Türkiyə yığması
ilə üz-üzə
gəlmişdir. Xatırladaq ki, qrup mərhələsində də
komandamız bütün
görüşlərini qələbə
ilə başa vurmuş, yarımfinalda Tacikistan komandasını məğlubiyyətə uğratmışdı.
Final matçı da istisna təşkil
etməmişdir. Voleybolçularımız həlledici görüşdə
Türkiyə millisi üzərində qələbə
qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının
qızıl medalına
layiq görülmüşlər.
İlk setdə asanlıqla qələbə qazanan
(25:12) komandamız ikinci
hissədə arxayınlaşmış
və seti əldən vermişdir
(23:25). Lakin
türklər hesabı
bərabərləşdirdikdən sonra yenidən fəal oyun nümayiş etdirən Azərbaycan yığması
3-cü və 4-cü setlərdə
(25:20, 25:21) rəqibə heç
bir şans verməyərək yekunda
3:1 hesabı ilə layiqli qələbə qazanmışdır.
Türkiyə komandası İslamiadanın
gümüş medalına
yiyələnmişdir.
Bürünc medal uğrunda isə Tacikistan və Qırğızıstan milliləri
mübarizə aparmışlar. Bu qarşılaşmada qırğızlar
3:0 (25:10, 25:12, 25:16) hesabı ilə qalib gələrək İslamiadanı
üçüncü yerdə
başa vurmuşlar.
Dünən kişi voleybolçuların yarışında
qrup mərhələsinin
iki oyunu keçirilmişdir. Gərgin mübarizə
şəraitində keçən
ilk görüşdə İran
komandası 3:1 hesabı
ilə Əlcəzair
millisini məğlubiyyətə
uğratmışdır. Digər qarşılaşmada Mərakeş
yığması Səudiyyə
Ərəbistanı komandasından
güclü olmuşdur
- 3:1.
Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət
komandası da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının yarımfinal
mərhələsinə vəsiqə
qazanaraq medallar uğrunda mübarizəni
davam etdirir.
Rizvan CƏFƏROV,