Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun tarixli 78 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 6, maddə 435; 2008, ¹ 3, maddə 174) 2.1-ci bəndi ləğv edilsin.

2. “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli  Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 294; 2006, ¹ 12, maddə 1047; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 89; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddələr 492, 495; 2012, ¹ 4, maddə 290, ¹ 7, maddə 697; 2013, ¹ 1, maddə 25) 1-ci hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 484; 2007, ¹ 11, maddə 1108; 2008, ¹ 5, maddələr 360, 363, ¹ 11, maddə 970; 2009, ¹ 6, maddə 419, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ləğv edilsin.

4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli 78-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 407 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 405) 2-ci hissəsi ləğv edilsin.

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 582 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 464) 2-ci hissəsi ləğv edilsin.

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 504-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 688 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1238) 2-ci hissəsi ləğv edilsin.

7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 10, maddə 889; 2012, ¹ 12, maddə 1245) 2.5-ci bəndi ləğv edilsin.

8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 169 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 782; 2012, ¹ 12, maddə 1247) 2.2-ci bəndi ləğv edilsin.

9. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,     ¹ 2, maddə 84; 2014, ¹ 5, maddə 477, ¹ 12, maddə 1564; 2015, ¹ 5, maddə 527; 2016, ¹ 8, maddə 1384) 7-ci hissəsi ləğv edilsin.

10. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 14) 3-cü hissəsi ləğv edilsin.

11. “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 657; 2012, ¹ 4, maddə 365, ¹ 6, maddə 555; 2013, ¹ 8, maddə 982; 2014, ¹ 10, maddə 1226, ¹ 11, maddə 1414; 2016, ¹ 2 (II kitab), maddə 250, ¹ 9, maddə 1505) 9-cu hissəsi ləğv edilsin.

12. “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 11 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1184) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 19 may.- S. 10.