İsveçrə ictimaiyyətinin
Azərbaycan həqiqətlərini
öyrənməsi üçün sanballı töhfə
Akademik Ramiz Mehdiyevin “Dağlıq
Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı
İsveçrədə alman dilində çap olunub
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq
Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı
(Berg-Karabach. Aus den Quellen erforschte
Geschichte) İsveçrənin “Publishing
Partners” nəşriyyatı tərəfindən alman dilində çap olunub.
“Publishing Partners” nəşriyyatı
eyni zamanda kitabın İsveçrənin
müxtəlif kitabxanaları
və kitab mağazaları arasında
yayılmasını həyata
keçirəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi
köklərinə həsr
edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə
məxsusluğunu əks
etdirən müxtəlif
qiymətli mənbələr
yer alıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri
ümumiləşdirmələr aparılmaqla yanaşı,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllinə mane olmaq
üçün məqsədyönlü
şəkildə törədilən
süni əngəllərə
də münasibət
bildirilir. Müəllif çoxsaylı mənbələr
və elmi ədəbiyyat əsasında,
ilk növbədə, xarici
dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara
istinad edərək Dağlıq Qarabağın
ən qədim dövrlərdən Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.
Bu fundamental elmi əsərin
alman dilində nəşri oxucu auditoriyasının genişlənməsi
baxımından xüsusi
əhəmiyyət kəsb
edir.
Kitab Dağlıq
Qarabağın tarixinə,
münaqişənin başvermə
səbəblərinə, onun
doğurduğu acı
nəticələrə dair
obyektiv və səhih məlumatlar əldə etmək istəyən almandilli oxucular üçün dəyərli mənbə
olacaq. Bu kitabı
İsveçrə ilə
yanaşı, Almaniya və Avstriyanın onlayn kitab satışı
portallarından da əldə etmək mümkün olacaq.
Hazırda kitabı İsveçrədə
www.buchhaus.ch, www.orellfuessli.ch, www.lehmanns.ch, www.buch.ch, Almaniyada www.buecher.de, www.hugendubel.de,
www.osiander.de, www.buchhandel.de,www.thalia.de, www.amazon.de, Avstriyada isə
www.thalia.at, www.buchhandlung-frick-webshop.at, www.herder.at saytlarından sifariş etmək mümkündür.
AZƏRTAC