“Azərbaycan
İslamiadanı olimpiya oyunları səviyyəsində
keçirir”
Xarici idmançılar
Bakının yüksək təşkilatçılıq
nümunəsindən və azərbaycanlı atletlərin
peşəkarlıq performansından razılıq edirlər
“Azərbaycan istənilən beynəlxalq tədbiri
yüksək səviyyədə təşkil etmək
iqtidarındadır”. Bunu təkcə biz deyil, müxtəlif tədbirlər
çərçivəsində ölkəmizə gələn
əcnəbi qonaqlar da
deyirlər.
Azərbaycanın bugünə qədər evsahibliyi etdiyi dünya səviyyəli mötəbər tədbirlər
bunu artıq sübut edib. Hazırda isə Odlar Yurdunda IV İslam Həmrəyliyi Oyunları keçirilir. İslam
dünyası üçün mühüm idman tədbiri
sayılan bu Oyunları təşkil etmək
Azərbaycan üçün elə də
çətin olmadı. Çünki I Avropa Oyunları ərəfəsində qurulmuş yeni və müasir infrastruktur, eləcə
də qazanılmış təcrübə imkan
verdi ki, daha az xərclə IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirək.
Bakı İslamiadası artıq yekunlaşmaq üzrədir. Şəhərimizdə
qonaq olan xarici atletlərin də həm ölkəmiz,
həm də İslam Həmrəyliyi
Oyunları barədə təəssüratları olduqca zəngindir. Yarışların keçirildiyi müxtəlif arenalara
baş çəkib əcnəbi
idmançılarla həmsöhbət olduqda
bu qənaətə gəldik. Onlar bu cür
möhtəşəm tədbirin yüksək səviyyədə
keçirilməsinə görə Azərbaycan hökumətinə
minnətdarlıq etdilər. Eyni zamanda Bakı və onun insanları
barədə xoş fikirlər səsləndirdilər.
Buradakı
birlik, bərabərlik duyğusu
bizi daha da məmnun edir
Ufuk Arman,
Türkiyə
Ovçuluq və Atıcılıq
Federasiyasının rəhbəri:
- Atıcılıq yarışları üçün əvvəllər də Azərbaycana
gəlmişik. Burada yarışmaları
təşkil edən çox təcrübəli
bir komanda
çalışır. Təchizat yüksək səviyyədədir.
Azərbaycanın təcrübəsindən yararlanmaq
lazımdır. İslam Həmrəyliyi
Oyunları da yüksək səviyyədə
təşkil olunub. Bu
yarışlara 19 idmançı ilə
qatılmışıq. İslam
Oyunlarını önəmli saydığımız üçün Bakıya çox
güclü bir komanda ilə gəlmişik.
İdmançılarımız yaxşı
çıxış etdilər. Artıq 10-dan çox
medalımız var.
Burada
yarışların dostcasına, qardaşcasına
keçirilməsi bizi çox
sevindirir. Azərbaycan xalqı bizə isti, xoş münasibət
göstərir. Ona görə də burada özümüzü
evimizdəki kimi hiss edirik. Bunları hər dəfə Azərbaycana
gəldiyimizdə hiss edirik.
Bu dəfə də çox
istiqanlılıq gördük. Bu birlik, bərabərlik duyğusu bizi daha da məmnun edir. Paytaxt Bakıda çox əyləncəli və sevincli günlər yaşayırıq. Buna görə təşəkkürümüzü
bildiririk.
Azərbaycanın idman tədbirlərinin
təşkili sahəsində çox
yaxşı təcrübəsi var. Ona görə bu Oyunlar zamanı da heç bir narahatlıq
yaşanmır. Həqiqətən də “bu,
pis gedir" deyə
biləcəyimiz bir şey
yoxdur. Atletlər kəndində də hər
bir iş çox yüksək şəkildə
hazırlanıb. Otaqların təmizliyi, yeməklərin
gözəlliyi, gecikməyən xidmətlər və sair, hər şey çox yaxşı təşkil edilib. Hava limanında
qarşılandığımız andan bu günə qədər hər hansı bir problemlə üzləşməmişik.
Belə olacağını əvvəlcədən də bilirdik.
Neqativ halla rastlaşmaq mümkün deyil
Salah Alhamed,
Səudiyyə
Ərəbistanı cüdo
komandasının rəhbəri:
- Biz hava
limanından düşən andan hər kəsi
xoşbəxt və gülərüz gördük.
Bizə hörmətlə yanaşır, kömək olmağa çalışırlar. Oyunlar ərzində də kimdən nə soruşuruqsa, ingiliscə bizə cavab verir. Atletlər kəndinə
gəldiyimiz andan özümüzü
rahat və təhlükəsiz hiss edirik. Çünki
orada bizim üçün elə şərait
yaradılıb ki, hansısa problemlə və
ya neqativ halla rastlaşmaq mümkün deyil. Ona görə də deyə bilərəm ki, Bakıda İslam
Oyunları çox yaxşı səviyyədə
təşkil olunub. Şəhərinizdən
həzz alırıq. Burada müxtəlif
yeməklər yemişik, amma
onların hansının milli Azərbaycan
yeməkləri olduğunu bilmirik.
Əsas odur ki,
hamısı çox dadlıdır. Burada çox yaxşı
mədəniyyət var. Həmçinin insanlar arasında səmimiyyət görürəm.
Özünü yad yerdə
hiss etmirsən
Qazi Ali,
Səudiyyə
Ərəbistanı, güləşçi:
- Azərbaycana ilk səfərimdir.
Ölkə haqqında çox az məlumatım vardı. Sadəcə
adını və harada yerləşdiyini
bilirdim. İndi isə
buranı daha yaxından və əyani
şəkildə tanımaq imkanım var.
İlk təəssüratım zəngindir.
Bakı heyrətamizdir. İnsanların həddən artıq
mehribanlığı adama yaxşı təsir
bağışlayır. Özünü yad yerdə hiss etmirsən.
Hələ ki şəhəri cəmi bir dəfə gəzmək imkanım olub. Amma burada
olduğumuz müddətdə
komandamızla birgə çox yerləri
gəzib görəcəyik. Görürəm ki,
təhlükəsiz və sakit bir şəhəriniz var.
IV İslam Həmrəyliyi
Oyunları çox yaxşı təşkil
edilib. Açılış mərasimi
heyrətamiz idi. Düşünürəm
ki, yarışların təşkili tam olaraq olimpiya
standartlarına cavab verir.
Burada bütün
idmançılar Atletlər kəndində yaşayır, bu, həm də müxtəlif ölkələrin
nümayəndələrinə bir-biri ilə
tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır. Bu
da həmrəylik üçün
çox vacib amildir.
Bütün incəliklər nəzərə
alınıb
Asim Karaşi,
İordaniya, cüdoçu:
- Bakı heyrətamiz şəhərdir,
maraqlı və gəzməli yerləri var.
IV İslam Həmrəyliyi
Oyunlarının burada keçirilməsi çox xoş oldu. Bu Oyunlarda
iştirak etdiyimə görə özümü xoşbəxt hiss
edirəm. Yarışların keçirildiyi
məkanlarda atletlər üçün bütün zəruri şərait
yaradılıb. İstər isinmə, istər yuyunma, istərsə də istirahət yerlərində
hər bir məsələ bütün incəliklərinə qədər
nəzərə alınıb.
Oyunların yüksək səviyyədə təşkilinə
görə təşkilatçılara təşəkkürümü
bildirirəm. İslam ölkələrinin
tanınmış yığma komandaları burada
toplaşıb. Tamaşaçılar maraqlı
yarışları izləməkdən zövq
alırlar. Bu günədək
keçirilən islamiadalarda bəlkə
də ən yaxşı təşkilatçılıq və
məkan məhz Bakıya aiddir. Fikrimcə,
azərbaycanlılar çox səmimi və
mehriban insanlardır. İçərişəhər
qədimlyi və müasirliyi ilə diqqətimi
çəkdi. Növbəti günlərdə Bakının
digər yerlərini də gəzməyə
çalışacağam.
Hər
şey mənə möcüzə kimi görünür
So Arno,
İndoneziya, cüdoçu:
- Azərbaycan bu
Oyunların təşkilatçılığını çox yaxşı həyata keçirib.
İdmançıların qarşılanması, yerləşdirilməsi
və arenalara daşınması çox yüksək səviyyədə təşkil
edilib. Bütün oyunlar maraqlı olur.
Yarışın keçirildiyi zal çox geniş və işıqlıdır.
Mübarizə üçün insanda yaxşı əhvali-ruhiyyə
yaranır. Güclü komandalar
yarışdığından oyunlar çox gərgin və maraqlı keçir. Bütün komandalara uğurlar
arzulayıram. Öz komandamıza isə
ümidlər böyükdür.
İnanıram ki, oyunları uğurla başa
vuracağıq.
Bakı gözlədiyimdən də gözəldir.
Burada ilk dəfədir
oluram. Hər şey mənə
möcüzə kimi görünür.
Şəhər sanki Xəzər dənizini
ağuşuna alıb. Bu
mənzərə gecələr daha da möhtəşəm görünür.
Burada olmaqdan çox məmnunam.
Azərbaycan
olimpiya oyunlarını qəbul etməyə
hazırdır
Alxatri Hamid,
Oman, atıcı:
- Düşünürəm ki,
burada insanlar dostcanlıdır. Yarışlar barədə isə hər şey çox gözəldir.
Atletlər üçün istənilən şərait
yaradılıb. Bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri
ilə daha da yaxınlaşdıracaq.
Azərbaycan İslamiadaya evsahibliyi
etməklə dünyada
sülhün, bərabərliyin
olmasına böyük
töhfə verəcək.
Bu cür beynəlxalq
tədbirlər dünya
ölkələri tərəfindən
də hər zaman alqışlanır.
Çünki bu, insanları bir araya gətirən tədbirdir.
İdman da musiqi kimi ümumi bir dildir və bütün
insanlar burada bir-birini başa düşür, aralarında
dostluq yaranır. Belə tədbirə evsahibliyi etdiyi
üçün Azərbaycana təşəkkürlərimi
çatdırıram.
Yarışlara
xeyli sayda azarkeşlərin gəlməsi və onların
nikbinliyi çox xoşuma gəldi. Azərbaycan artıq
olimpiya oyunlarını qəbul etməyə hazırdır.
Bunun üçün ölkədə hər cür şərait
var.
Elgün MƏNSİMOV,
Azərbaycan.-
2017.- 20 may.- S. 1; 4.