Azərbaycan ilkə imza atdı
Olqa Bıkovskaya suyatullanmada
ölkəmizə beynəlxalq
yarışlarda qızıl
medal qazandıran
ilk idmançı oldu
Mayın
18-də Su İdmanı Sarayında
start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma
yarışları davam
etdi.
4 gün sürəcək bu yarışlar çərçivəsində 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış
10 metrlik platforma üzrə 8 medal dəsti
uğrunda mübarizə
aparılacaq.
Yarışların ilk günündə
kişi idmançıları arasında
3 metr hündürlükdə
tramplindən suyatullanmada
ölkəmizi təmsil
edən atlet Dmitri
Sorokin bürünc medala
sahib oldu. Dünən isə Su İdmanı
Sarayında yarışların
ikinci günündə
qadınlar arasında
10 metr platformadan suyatullanma və kişilər arasında 3
metr hündürlükdən
sinxron suyatullanma üzrə medalçılar
müəyyənləşib. Azərbaycan, Türkiyə, İran, İndoneziya və İraqın 14 idmançısının
medallar uğrunda mübarizə apardığı
yarışlarda milli komandamızın üzvləri
ölkəmizə bir
qızıl, bir bürünc medal qazandırıblar.
Öncə qadınlar arasında
10 metr platformadan suyatullanma yarışlarına
start verilib. Ölkəmizi təmsil edən
Olqa Bıkovskaya təsnifat mərhələsində
uğurla çıxış
edərək finala yüksəlib. Millimizin üzvü
finalda indoneziyalı
Della Harimurti və türkiyəli Sinəm Sağlam ilə mübarizə aparıb.
Olqa Bıkovskaya yüksək texnika və akrobatik bacarığı ilə yerinə yetirdiyi hərəkətlər üzrə
ümumilikdə 275,80 xal toplayıb. Bu xal idmançımızın
qızıl medalını
təmin edib. Çünki indoneziyalı
Della Harimurti 167,70, türkiyəli Sinəm Sağlam isə 161,95 xal toplayaraq ikinci və üçüncü yerləri
bölüşüblər.
Fəxri kürsünün ən yüksək pilləsinə
qalxan Olqa Bıkovskaya Su İdmanı
Sarayında ölkəmizə
qızıl medal qazandıran
ilk idmançı kimi
tarixə düşüb.
Sonra kişi idmançıları
arasında 3 metr hündürlükdə tramplindən
suyatullanma üzrə
yarışlara start verilib.
Azərbaycan, İran, İraq
və İndoneziyanın
8 atletinin mübarizə
apardığı yarışda
ölkəmizi Artyom Danilov və Dmitri Sorokin cütlüyü təmsil
edib. Təmsilçilərimiz
yerinə yetirdikləri
akrobatik hərəkətləri
297,90 xalla başa vurublar. Bu nəticə
ilə idmançılarımız
yalnız bürünc
medalla kifayətlənməli
olublar. 334,08 xal toplayan iranlı
Şahnam Nazarpour-Mojtaba
Valipour cütlüyü
qızıl medallara
sahib çıxıb. İndoneziya
təmsilçiləri - Tri Priambodo və Rafi Aldiansyah cütlüyü isə
330,30 xalla yarışları gümüş
medalla başa vurub.
Beləliklə, suyatullanma yarışlarının
ilk 2 günündə millimizin
3 idmançısı 1 qızıl,
2 bürünc medal qazanıblar.
Bu gün isə
yarışların 3-cü günü kişilər arasında 10 metrlik platformadan suyatullanma yarışları keçiriləcək. Azərbaycan,
Türkiyə, İran
və İraq millilərinin idmançılarının
mübarizə aparacağı
yarışlarda ölkəmizi
Artyom Danilov təmsil edəcək.
R.BAXŞƏLİYEV,
E.HACALIYEV,
Azərbaycan.- 2017.- 20 may.- S. 1;
6.