Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 1, maddə 23; 1999, ¹ 4, maddə 228; 2007, ¹ 5, maddə 401) 5-ci maddəsinin üçüncü hissəsində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini” sözləri “müvafiq icra hakimiyyəti orqanını” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 20 may.- S.9.