Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 404; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1005; 2007, ¹ 1, maddə 4; 2009, ¹ 5, maddə 308; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 11, maddə 1038; 2013, ¹ 6, maddə 615; 2015, ¹ 11, maddə 1280) 8-ci maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 20 may.- S.10.