“Aviasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 689; 2007, ¹ 12, maddə 1218; 2009, ¹ 12, maddə 948; 2011, ¹ 3, maddə 169; 2015, ¹ 1, maddə 10, ¹ 2, maddə 95; 2016, ¹ 10, maddə 1604; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 516-VQD nömrəli Qanunu) 5.4 cü maddəsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 aprel 2017-ci il
Azərbaycan.- 2017.- 20 may.- S.10.