“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 213; 1995, ¹ 9, maddə 177, ¹ 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 16, ¹ 2, maddə 66; 1999, ¹ 5, maddə 283, ¹ 7, maddə 395; 2001, ¹ 12, maddə 731; 2004, ¹ 4, maddələr 199, 202, ¹ 7, maddə 505; 2005,  ¹ 8, maddə 684; 2006, ¹ 4, maddə 315; 2007, ¹ 5, maddə 401, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 221) preambulasında “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 20 may.- S.10.