Suyatullanmada növbəti medal

 

“Bakı-2017”də idmançılarımız doğma divarlar arasında uğurlu çıxışları ilə  ölkəmizi layiqincə təmsil  edirlər. Güləş, cüdo, gimnastika və digər idman növlərində qazanılan medallar ölkəmizdə idmana göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verir.

Dünən Bakı Su İdmanı Sarayında suyatullanma yarışında ölkəmizin hesabına daha bir medal əlavə olunub. Kişilər arasında 10 metr hündürlükdən suyatullanma yarışında Azərbaycan idmançısı Artyom Danilov 308,70 xal toplayaraq gümüş medala sahib olub. Türkiyəli Kıvanc Gur 320,95 xalla qızıl medal qazanıb. Bürünc medala isə 303, 65 xal qazanan iranlı Şahnam Nazarpour sahib çıxıb.

Xatırladaq ki, sabah yekun vurulacaq yarışlar çərçivəsində 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış 10 metrlik platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılır.

Sevindirici haldır ki, turnirin  ilk günündə kişi idmançıları arasında 3 metr hündürlükdə tramplindən suyatullanmada ölkəmizi təmsil edən atlet Dmitri Sorokin bürünc medal qazanıb. Qadınlar arasında 10 metr platformadan suyatullanma yarışlarında isə təmsilçimiz Olqa Bıkovskaya Azərbaycanın hesabına  qızıl medal yazdırıb.

Kişilər arasında 3 metr hündürlükdə tramplindən suyatullanma üzrə yarışlarda isə Artyom DanilovDmitri Sorokin cütlüyü bürünc medalla kifayətləniblər.

 

E.CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 21 may.- S. 4.