Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 762, ¹ 12, maddə 973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7, maddə 593; 2012, ¹ 5, maddə 410; 2013, ¹ 1, maddə 16, ¹ 11, maddə 1267; 2016, ¹ 1, maddə 12; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 570-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 58.8-ci maddə əlavə edilsin:

“58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 21 may.- S. 11.