Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, I kitab, maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 9, maddə 1559, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 509-VQD nömrəli, 14 fevral tarixli 529-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.398-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “və 428.1-ci” sözləri “, 428.1 və 438-ci” sözləri ilə əvəz edilsin.
2.438-ci maddənin adında, 438.1-ci, 438.2-ci və 438.3-cü maddələrdə “həmçinin” sözü “yaxud” sözü ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel
2017-ci il
Azərbaycan.- 2017.- 21 may.- S. 11.