“Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62; 2007, ¹ 11, maddə 1082; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 12, maddə 1075; 2015, ¹ 2, maddə 86; 2016, ¹ 11, maddə 1779) 13-cü maddəsinin 1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 aprel 2017-ci il
Azərbaycan.-
2017.- 21 may.- S. 12.