“Azərbaycan
Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında pensiya təminatı sahəsində
əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli
Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
Belarus Respublikasının Əmək və Sosial Müdafiə
Nazirliyi arasında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” 2016-cı il noyabrın 28-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 aprel 2017-ci il